Xəbərlər

  • 2 479

Tərtərdə iki nəfər minaya düşüb

image

Tərtər rayonunun Qızıloba kəndində iki nəfər minaya düşüb. SİA xəbər verir ki, rayonun Səhləbad kənd sakinləri - 1976-cı il təvəllüdlü Bayramov Rafael Köçəri oğlu və 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu mina partlaması nəticəsində yaralanıb.

Kənd icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, minaya düşən hər iki şəxs ağır dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd olunub ki, hazırda yaralıların vəziyyətləri ağır olaraq qalır.

Digər xəbərlər