Xəbərlər

  • 3 093

Yevlaxda bayram konserti keçirilib - FOTOLAR

image

Yevlaxda Zəfər Günü təntənəli şəkildə qeyd olunub. SİA xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, rayon rəsmiləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “8 noyabr – Zəfər Günü”nə həsr edilmiş bayram “Zəfərin mübarək Azərbaycan” adlı bayram konserti təşkil edilib.

Şəhərdəki əyləncə parkında təşkil olunan bayram konsertində Zəfər Günü münasibətilə təbriklər səsləndirilib,Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin tarixi əhəmiyyətindən danışılıb, öz qanları və canları ilə bizə bu qələbəni bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa dilənib, şəhid ailələri və qazilərimizin ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduqları qeyd edilib.

Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Gülüstan Əliyevanın, müxtəlif muğam müsabiqələrinin lauratları Nərgiz Cabbarovanın, Orxan Əkbərovun, Rəvanə Vəliyevanın, Sabir Hüseynovun, Rəşad Hüseynovun, Xan Quliyevin,Orxan Əkbərovun ifasında Zəfər Gününə, Ali Baş Komandanımıza, Ordumuza, Vətənimizə həsr olunan mahnılar ifa edilib. Konsert sakinlərə xoş əhval ruhiyyə bəxş edib.

Sonda möhtəşəm atəşfəşanlıq keçirilib.

Digər xəbərlər