PDF Oxu

Müxalifət

  • 9

Müxalifət növbəti biabırçılığının məyusluğunu yaşayır

Müxalifət növbəti biabırçılığının məyusluğunu yaşayır
Dekabrın 23-də ölkəmizdə keçirilmiş bələdiyyə seçkilərindən dərhal sonra müxalifət özünün bütün istiqamətlər üzrə planlarının növbəti dəfə cəmiyyət tərəfindən alt-üst edildiyinin şahidi oldu. Artıq hər keçən zamanın onların əleyhinə işlədiyini müəyyənləşdirən müxalifət sözçüləri bir çox məqamlarda prosesləri özlərinin bildiyi tərzdə yozmaqla sığortalanmaq istəyindən yararlanmaq istəyinə düşüblər.
Düşərgədə özlərini daha pafoslu təqdim etməyə çalışan Müsavat, "Ümid", ADP və AXCP (i), əslində, heç bir nüfuz və ya başqa imkanlara malik deyildir. Bu baxımdan da ölkəmizin həyatında çox mühüm və əlamətdar hadisələrdən olan bələdiyyə seçkilərindən dərhal sonra Müsavat başqanı İsa Qəmbərov ilk olaraq, öz qərəzli mövqeyini açıqladı. Başqa vaxtlar günün günortasında çıraqla da axtarsan, tapılmayan İsa "bəy" bu dəfə qarargahın qapısından çölə çıxmamışdı. Görünür, nəsə burada İ.Qəmbərovun bir azarı var. Yoxsa, "bəy" axşam saatlarına qədər Müsavat qərargahında 2003-cü ildən bu tərəfə günorta saat 3-dən o tərəfə qalmamışdı. Maraqlısı isə odur ki, partiyasının cəmi 123 namizədlə bələdiyyə seçkilərinə qatılmasından utanmayan və ümumilikdə isə, ölkə üzrə beş müşahidəçi təyin etmək bacarığına malik olmayan İ.Qəmbərov sonluqda hər şeyin öz xeyrinə bitməsini nə üzlə arzu edirdi? Elə məsələnin də görünməyən tərəfləri məhz bu prinsiplərlə bağlı idi. Amma bir balaca geriyə dönüb baxsaq, İ.Qəmbərovun ölkəmizdə keçirilən hər kütləvi ictimai tədbirlər sonrası nəsə bir əmma çıxarmaq istəyi, deyəsən, ürəyində qalmış oldu. Çünki dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri, məhz müxalifətin bütün iddialarını alt-üst edərək, tam demokratik və açıq mübarizə şəraitində başa çatdı. Doğrudur, müxalifətə bu amil sərf etməsə də, reallıq özünü növbəti dəfə göstərməli oldu. Radikal düşərgə prosesləri məyusluq şəratində qarşılamaqdan və düşmüş olduqları təlaşdan çıxmaq üçün müəyyən bəyanatlarla da çıxış etdilər. Amma görünür, artıq onların işlətmiş olduqları hər bir cümlə özünün keyfiyyət meyarlarını çoxdan itirib. Məhz buna görə də, "pişiyin ağzı ətə çatmayanda, adını iyləmiş qoyur" məsələn bu dəfə də müxalifətə aid edilir. Çünki 123 bələdiyyə üzvlüyünə namizədlə seçki prosesinə qatılmaq və bu namizədlərin tək bir rayon üzrə bələdiyyələri əhatə etmədiyini bilərəkdən, Müsavat yenə də öz bildiyini deməyə çalışırdı.
Həmçinin, bir faktı da vurğulamaq lazımdır ki, Müsavat partiyası daha çox rəhmətə getmiş üzvlərini və eyni zamanda, Yeni Azərbaycan Partiyasının üzvlərini öz adlarına namizəd kimi Mərkəzi Seçki Komissiyasına təqdim etməyə belə səylər göstərmişdi. Bütün bunlar isə, onu göstərir ki, bu partiya artıq cəmiyyətdə özünün olub-qalan dayaqlarını da tamamilə itirib. Yuxarıda qeyd etdiyimiz kimi sadəcə olaraq, İ.Qəmbərov kənar sifarişlərin çoxluğundan məhz bu cür proseslərə qatılmaq barəsində düşünməli olub. Görünür, onun bu istəyə düşməsində qeyd etdiyimiz əlamətlərlə bağlılıq var. Lap bu yaxınlarda İ.Qəmbərovun bir sıra Avropa ölkələrinə səfərə çıxması və oradakı başbilənləri ilə müəyyən məsləhətləşmələr aparması barəsində iictimaiyyətin səlis məlumatları vardır. Onu da bildirək ki, İ.Qəmbərov həmin səfərlər müddətində bir sıra separat təşkilatlarla əlverişli danışıqlar apararaq, məntiqi sonluq barəsində sonra qərara gəlmək barəsində açıqamalar da verib. Bir faktı da vurğulayaq ki, Müsavat başqanı məhz anti-Azərbaycan mövqeli təşkilatlarla əməkdaşlıqdan xüsusi zövq alır. Eyni zamanda, onun maliyyə mənbələri də məhz bu təşkilatların üzərində dayanır. Bu yaxınlarda isə səfərdən dönən İ.Qəmbərov Müsavat başqanlığından gedəcəyini və yerini Qubad İbadoğluna verəcəyini bildirmişdi. Sonra isə bu fikri üzərində hələ bir müddət düşünəcəyi barəsində açıqlama verdi. Doğrudur, müxalifət düşərgəsində hamı kimi İ.Qəmbərov da həmdəmxəyaldır. Amma başqan nədən bu cür manevrlər etmək barəsində düşünür? Elə görünən məsələnin görünməyən tərəfləri də bundan ibarətdir. İsa "bəy" xarici təşkilatlardakı "dost"larından aldığı mesajda onun hələ bir müddət partiya rəhbəri kimi qalması tövsiyə edilib. Ona görə də, İ.Qəmbərov bələdiyyə seçkiləri ilə bağlı özünün boğazdan yuxarı yanaşmasında, məhz kənar təsir ifadələri açıq şəkildə bilinirdi. Cəmiyyət isə öz bildiyini və zəruri olanı etməkdədir. Müxalifət son 17 ildə aldığı qiyməti 23 dekabarda da almış olud. Üzdə özlərini heç nə olmamış kimi göstərməyə çalışan müxalifət yetkililəri daxildə dərin qarşıqlıq yaşamaqdadır.

Digər xəbərlər