İsa Qəmbərov seçim qarşısında qalıb
Müxalifət düşərgəsində son zamanlar diqqətçəkən proseslər baş verməkdədir. Düşərgədə bir tərəfdən çürümə getdiyi vaxtda digər bir yanda yeni qüvvələr baş qaldıraraq, köhnələri əzib keçmək niyyətində olduqlarını bildirirlər. Bu baxımdan da müxalifət düşərgəsində hal-hazırda proseslər tamamilə baş-ayaq cərəyan edir.
Düşünmək olmaz ki, bu düşərgə hələ özünün keçid mərhələsini yaşayır. Çünki artıq 16 ildən çox bir zamandır ki, Azərbaycanda müxalifət məhfumu özünü uçuruma doğru sürükləməkdədir. Ayrı-ayrı zamanlarda müxalifətdən kənar qüvvələr öz maraqları naminə müəyyən məqsədləri üçün istifadə etdiklərindən, onlar bunu yanaşma kimi başa düşsələr də, sonluqda hər şeyin nə olduğu anlamaq məqamı daha çətin oldu. Müxalifət məhz bu tip qüvvələrin qanadı altına sığınmaqla öz taleyinə birdəfəlik xitam vermiş oldu. Hər şey kənardan daha aydın və səlis görünür. Cəmiyyət ətrafda və öz daxilində olan hər bir məsələnin mahiyyətinə daha dərindən bələd olduğu üçün müxalifət məkfurəsinin də məhz onun özünə qarşı bir oyun olduğunu dərk etdiyindən, onun bütün fəaliyyətini qabaqlamış olub. Odur ki, müxalifət cəbhəsində təmsil olunanlar artıq bunu dərk edib konkret qərar çıxarmalıdırlar. Doğrudur, zaman-zaman bunun şahidi olmaq mümkün olsa da, yarıtmaz və iy vermiş müxalifətçilər hələ də öz mövcudluqlarını saxlamaqda israrlı görünürlər. Müsavat başqanı İsa Qəmbərov da bu tiplər sırasında öncüldür. Yuxarıda toxunduğumuz bütün məqamlarda İ.Qəmbərovun kimliyi daha dürüst və aydın şəkildə əks olunub.
AXC hakimiyyəti dönəmində özü üçün ayrılıqda partiya yaratmaq istəyini məhz Müsavat partiyasının bərpasında görən İ.Qəmbərov tarixi ənənələri olmuş bir partiyanı özünün gününə salmağı, nəhayət ki, bacardı. İ.Qəmbərov siyasi fəaliyyəti dönəmində nəyisə bacarmasa da, məhz bu partiyanı özünə oxşatmağı bacarmış oldu. Həmin dövrlərdə ölkədə mövcud durumdan məharətlə istifadə edən İ.Qəmbərov məhz hakimiyyətin AXC ilə bölünməsinə də nail oldu. AXC-Müsavat cütlüyünün hakimiyyəti isə xalqımız üçün daha məşəqqətli dönəmlərin başlanğıcı kimi yaddaşlara həkk olundu. Heç bir halda, şəxsi maraqları kənara qoyub milli dövlətçilik naminə bir addım belə atmayan İ.Qəmbərovun təmsil olunduğu hakimiyyət xalqın nifrətindən başqa heç nə əldə edə bilmədi. Daxili çəkişmələr, kreslo hərsiliyi, şəxsi ambisiyaların daha güclü olması məhz AXC-Müsavat cütlüyünün hakimiyyətinin sonunu yaxınlaşdırmış oldu. Eyni zamanda, kənarda olan təsirlər, Ermənistanın davamlı şəkildə Azərbaycan torpaqlarını bir-birinin ardınca işğal faktoru məhz AXC-Müsavat hakimiyyətinin tam səriştəsiz və yarıtmaz bir idarə üsuluna malik olduğunu nümayiş etdirmiş oldu. Elə bu prinsiplərdən də onlar zamanıda tarixin acı küncünə atılmaqla qiymətləndirildilər. O dövrdən bu günə qədər özünü müxalifət kimi qələmə verən həmin qüvvələr, əslində, özlərinin kim olduqlarını unudub, yeni kimlik axtarışına düşüblər. Bu isə nəticədə onlar üçün daha acı sonluğun yetişməsini daha da sürətləndirmiş oldu. Çünki düşərgədə qalmış şəxslər məhz çürük təfəkkür naminə addım atmaq iddiasında olduqlarından, onların hər bir separatçılıq və satqınçılıq prinsiplərinə əsaslanır. İ.Qəmbərovun timsalında isə bunu daha aydın görmək mümkün olduğundan, məhz bu prinsiplərlə onun "qohumluğu" daha yaxşı alınır.
16 ildən artıqdır ki, Müsavat partiyasına başqanlıq edib başsız duruma salan İ.Qəmbərov, nəhayət, gələn ildən fəaliyyətinin bitməsi ilə əlaqədar, siyasi arenanı tərk etmək barəsində qərar veridiyini açıqlayıb. Öz yerinə isə Müsavatın Divan üzvü Qubad İbadoğlunu varis kimi gördüyünü bildirib. Bu isə onun mənsub olduğu partiyada daha böyük və təhlükəli qarşıdurmalarla üz-üzə qalmalı olub. Məhz bu baxımdan da, İ.Qəmbərov vaxtında əvvəl istefaya getməklə, Müsavatda başqanlıq hakimiyyətinin bitdiyini nümayiş etdirib. Hələlik isə, onun harada olduğu bilinmir. Sonuncu dəfə keçən ayın 3-ü Müsavat qərargahında görünən İ.Qəmbərov o gündən bu günə kimi yoxa çıxıb.