PDF Oxu

Müxalifət

  • 10

İsa Qəmbərov çirkin niyyətindən əl çəkə bilmir

İsa Qəmbərov çirkin niyyətindən əl çəkə bilmir
Müstəqilliyimiz bərpa edildikdən sonra Müsavat partiyasının yenidən bərpa edilməsi öz təzahürünü heç də keçmiş sələfinin yolunu davam etdirməsi kimi tapmadı. Çünki yenidən cəmiyyətə təqdim edilən Müsavat partiyası İsa Qəmbərovun timsalında birmənalı olaraq meydana çıxdı. Ölkəmizin ikinci dəfə müstəqillik əldə etməsi ərəfəsində meydana çıxan İ.Qəmbərov öz məsləkdaşlarını istənilən yolla sıradan çıxarmağın yollarını axtarırdı.
Məhz bu məqsədlə də o, ilk növbədə, Müsavat partiyasını bərpa edərək guya milli maraqlar naminə öz prinsiplərini gerçəkləşdirməyə başladı. Doğrudur, onun ilk təşəbbüsü bir o qədər uğurlu alınmasa da, sonralar müəyyən dairələrdən dəstək alan İsa "bəy" bu yolda qarşısına çıxanları zərərsizləşdirməyi planlaşdırırdı. Elə bu məqsədlə də o özünün mümkün rəqibi olan mərhum AXC lideri Əbülfəz Elçibəyin əleyhinə çıxmaqla bir sıra prinsiplərdə, hətta ona qarşı olduğunu da gizlətmədi. Sonralar isə İ.Qəmbərovun ölkədə baş verən özbaşınalıqlardan və idarəçilikdəki boşluqdan məharətlə istifadə etməsi ona mövcud hakimiyyəti Ə.Elçibəylə bölüşməyə imkan verdi. Məhz bundan sonra yenicə müstəqillik əldə etmiş bir dövlətdə aparılan səhv idarəçilik üsulu iqtisadiyyatın çökməsi ilə nəticələndi. Hər halda baş verənlər Ə.Elçibəyin ürəyincə olmasa da, proseslər İ.Qəmbərovun planlaşdırdığı və arzuladığı kimi gedirdi. AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində ölkənin düşdüyü durum və xarici işğal faktoru isə, Azərbaycanı bir dövlət kimi, çətin sınaqlar qarşısında qoymuşdu. Elə bu məqsədlə də İ.Qəmbərov yenidən öz maraqları naminə Ə.Elçibəyi zərərsizləşdirməyə çalışaraq, nəyin bahasına olur-olsun, ölkəni tək idarə etməyi məqsədli plan kimi qarşısına qoymuşdu. Baxmayaraq ki, mövcud AXC İ.Qəmbərovun istənilən halda planlarının işləməməsi üçün hər cür vasitələrdən istifadə edirdi. Amma o yenə də öz işini görməkdə idi. Çünki bir addımda hakimiyyəti bölüşmüş İ.Qəmbərovun dişində şirə qalmışdı. Ona görə də, daha irəliyə getmək barəsində düşünən İ.Qəmbərovun məkrli niyyətini Azərbaycan xalqının mətinliyini alt-üst etmiş oldu. Öz rəqibi hesab edilən Ə.Elçibəyi asanlıqla hakimiyyətdən uzaqlaşdırmağı bacaran İ.Qəmbərov sonda özü qurduğu tələyə, özü düşmüş oldu.
Bütün bu sadalananlar isə İ.Qəmbərovun yaddaşında ola bilsin ki, onun üçün şanlı bir gediş kimi qiymətləndirilsə də, Azərbaycan tarixində qaranlıq səhifə kimi xarakterizə edilir. Heç bir vəchlə özündən nə əvvəlkiləri, nə də ki, sonrakıları qəbul edən İ.Qəmbərovun elə bu niyyəti başına bəla oldu. Daima özünü gözə soxmağa çalışan İ.Qəmbərov, necə olur-olsun, prezident olmaq eşqi ilə yaşayırdı. İndi isə həmin proseslərdən onun böyük bir zaman və mövcud cəmiyyət ayırır. Heç bir halda cəmiyyətin rəyini ala bilməyən bu şəxs hansı amal uğrunda mübarizə apardığını özü də bilmir. Elə başqanın bu işindən cana doymuş partiyadakı silahdaşları da onun çirkin niyyətindən zara gəldiklərini, nəhayət ki, etiraf edirlər. Doğrudur, müəyyən bir müddət onun bu işindən onlar öz xeyirləri üçün yararlansalar da, əsil reallıq tamam başqa mətləblərin ortaya çıxmasına imkan yaratmış oldu. İndi isə nəinki Müsavat daxilində, ümumi müxalifət düşərgəsində isaların, əlilərin, etibarların sifəti nifrətlə qarşılanır. Onların guya siyasətlə məşğul olmaları, əslində, cəmiyyət üçün çox təhlükəli hal alıb və gülüş obyektinə çevrilib.
Bir faktı da diqqətə çatdıraq ki, İ.Qəmbərovun yanında olan şillə vuranları da, onun özündən heç də geri qalmırlar. İ.Qəmbərovun çirkin işlərinin carçısı olan, təsisçisi olduğu "Yeni Müsavat" qəzeti və onun baş redaktoru Rauf Arifoğlu da heç başqanından hansı məsələdəsə geri qalmır. Onun həmişə ayıblarının üstünü örtməyə çalışan R.Arifoğlu bu dəfə də, müsavatçıların övladlarını güdaza verməklə öz prinsiplərini gerçəkləşdirməyə çalışırdılar. Lap bu yaxınlarda isə özləri üçün böyük sensasiya kimi qələmə verdikləri iki gəncin xuliqanlıq maddəsi ilə məsuliyyət cəlb edilməsi bu bədnamların hələ də köhnə xülyalardan əl çəkə bilməmələri ilə izah edilir.

Digər xəbərlər