Bu qalmaqalın bünövrəsini Milli Məclisin növbədənkənar iclasının son günü AXP-nin keçmiş sədri, millət vəkili Pənah Hüseynov pafoslu çıxışı zamanı qoydu. Bu gün də düşərgədə gərgin vəziyyətin yaranmasından hiddətlənən müxalifət funksionerlərindən Elman Hümbətov, Sahibə Nəzirzadə, Davud Xəniyev "Səs" qəzetinə verdiyi açıqlamalarında bildirdilər ki, mətbuatımızın 134 illiyi ilə bağlı keçirilən tədbirlərdən istifadə edərək, növbəti böhtanlara əl atırlar.
Ən qəribəsi isə, "Yeni Müsavat"ın baş yazarının İctimai Televiziya kanalında mətbuat günü ilə bağlı keçirilən tədbirdə cinayətkar jurnalstlərin azadlığa buraxılması ilə bağlı müraciəti adamda ikrah yaradır. Elə belələrinə görə bizləri də düşərgə müxalifətçilərlə birlikdə fırıldaqçı kimi tanıyırlar: "Necə deyərlər "yaşın oduna quru da yanır". Bizi də o siyahıya salırlar. Haqlı iraddır. Çünki 15-20 il AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" sədri Lalə Hacıyeva və bu kimilərin bu yolu gedə-gedə hansı oyunlardan çıxmaqları barədə şərh verməyə ehtiyac duymuruq. Gərək nə qədər abarsız olasan ki, hər seçkidən, biabırçı məğlubiyyətə düçar olduqdan sonra yenidən ictimaiyyət qarşısına çıxıb deyəsən ki, bu dəfə "qələbə bizimdir".
Biz yaxın mənbənin məlumatına görə, guya Müsavat başqanı İsa Qəmbərovla "Yurd" şefi Əli Kərimov arasında danışıqlar aparılır. Ancaq baş verən hadisələrə əsaslanaraq, demək olar ki, bu iki radikal müxalifət partiyası arasında əməkdaşlıq mümkünsüzdür. Yaranmış vəziyyəti daha aydın görmək üçün istər prezident, istərsə də referendum ərəfəsində müxalifətin ümumi panoramasına nəzər yetirmək kifayətdir. Belə ki, düşərgdaxili inteqrasiya, daha doğrusu, müxalifət partiyalarının qarşıdakı növbəti bələdiyyə seçkilərində əməkdaşlıq məsələsi, demək olar ki, dalana dirənib.
Bu fikri ADP sədri Sərdar Cəlaloğlu müxalifət düşərgəsində olan partiyaların əməkdaşlıqdan danışmalarının mümkünsüz olduğunu təsdiqləyib: "Ölkədə keçirilən bütün seçkilər ərəfəsi düşərgədə "birlik" və yaxud da "əməkdaşlıq" ideyasını ortaya atmaqla, özlərinin varlıqlarını nümayiş etdirmək istəyir. Lakin həqiqəti danmaq qeyri-mümkündür. Çünki hazırkı situasiyada müxalifət partiyalarının arxasınca gedəcək bir nəfər də olsun adam tapmaq mümkün deyil".
S.Cəlaloğlunun sözlərinə görə, ADP rəhbərliyinə daxil olan şəxslər hesab edirlər ki, konstruktiv müxalifət yalnız iqtidarla küçələrdə vuruşmaq, döyüşmək formasını deyil, həm də əməkdaşlıq formasını ortaya qoymalıdır: "Dağlıq Qarabağ məsələsində bütün beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycanı əməkdaşlıq etməyə çağırır. İqtidar-müxalifət münasibətlərində də yalnız qarşıdurma mübahisə deyil, qarşılıqlı uzlaşma ilə münasibətlər qurmaq lazımdır. Bu, nə mənim, nə də başqasının kəşfidir. Dünyanın hər yerində belədir ki, iqtidar və müxalifət partiyaları bir çox halda koalisiya yaradıb, yeni qüvvə kimi cəmiyyətdə müəyyən dəyişikliklər etməyə nail olub. Əsas məqsədimiz Azərbaycanda münasibtləri yeni müstəviyə çıxarmaq, siyasi situasiyanı dəyişdirməkdir. Ona görə də, yolumuzu aydın və düzgün olaraq müəyyən etmişik. ADP müstəqil partiya olduğu üçün müstəqil xətt yürüdür".
Beləliklə, Azərbaycanda siyasi ab-hava dəyişmək üzrədir. Qarşıdakı bələdiyyə seçkisində məğlubiyyətə uğrayacağına yüz faiz əmin olan radikallar, müxtəlif bəhanələr və böhtanlarla ölkədə siyasi qarışıqlıq yaratmağa çalışırlar. Məhz bu səbəbdən də, müxalif düşərgədə mübarizə müxalifət-iqtidar müstəvisindən, müxalifət-müxalifət müstəvisinə keçib. Ona görə də, radikalların çıxış yolu onların siyasi səhnədən birdəfəlik silinməsindədir.