PDF Oxu

Müxalifət

  • 8

YOLAYRICI

YOLAYRICI
Son illərdə Azərbaycan siyasətinə yeni qüvvələrin gəlməsi məsələsi geniş müzakirə obyektinə çevrilib. Bu məsələ əvvəlcə siyasi ekspertlər, cəmiyyətin ayrı-ayrı təbəqələri tərəfindən müzakirə olunurdusa, ötən prezident seçkilərindən sonra, hətta aparıcı müxalifət partiyaları olan Müsavat, Azərbaycan Xalq Cəbhəsi, Demokrat, Liberal, Milli İstiqlal partiyalarının funksionerləri də Azərbaycan siyasətində yeni qüvvələrə ehtiyac olduğunu bildirirlər. Əksər siyasi ekspertlər də qeyd edirlər ki, ölkə siyasətinə yeni müxalifət qüvvələrinin gəlməsi artıq cəmiyyətin sosial sifarişinə çevrilib.
Azərbaycan siyasətində yeni qüvvələrə ehtiyacın olması müxalifət partiyaların 1993-dən bu yana ölkədə keçirilən bütün seçkilərdə məğlub olmaları, partiyaları qələbəyə apara bilməyən siyasi liderlərin başqaları ilə əvəz olunması və s. məsələlərlə əlaqələndirilir.
Yeni siyasi qüvvələr dedikdə, hazırda siyasətdə olan insanlar nəzərdə tutulmur. Nədən ki, hazırkı müxalifət liderlərinin və funksionerlərinin siyasi imici həddən artıq korlanmış durumdadır. Meydana yeni siyasi reallıqları düzgün dərk edən və xaricdən asılılığı olmayan yeni gənc liderlər çıxmalıdır.
Eyni zamanda, həmin qüvvənin fəlsəfəsi, siyasi proseslərə baxışları, mübarizə üsulları, idelogiya və platforması da yeni olmalıdır, onu müdafiə edən tanınmış şəxslər və cəmiyyət onlara dəstək olmalıdır. Onun fikrincə, bütün bunları həyata keçirmək asan məsələ deyil. Ona görə də, yeni siyasi qüvvələrin meydana çıxması prosesi bu qədər uzanır.
Belə şəxslər ölkədə yox deyil. Amma onlar hazırda müxalifəti monopoliyasına almış qoca liderləri əvəz etmək üçün tam hazır deyillər. Ona görə də, siyasi müşahidəçilər hesab edirlər ki, bu məsələni cəmiyyətin özü həll etməlidir və həmin qüvvələr cəmiyyətin içindən təbii şəkildə gəlməlidir. Əgər 5-6 il əvvəl yeni siyasi qüvvələrlə bağlı deyilənlər proqnoz xarakteri daşıyırdısa, hazırda bunun baş verməsi daha real görünür.
Zaman-zaman siyasət meydanına yeni qüvvələr çıxır, lakin onları cəmiyyətin gözlədiyi qüvvələr adlandırmaq olmaz. İnsanlar ölkədə müxalifətin normal fəaliyyət göstərməsini və ümumi inkişafa öz töhfəsini verməsini istəyirlər. Düzdür, son 3-4 ildə 10-15 yeni partiyanın yarandığı bəyan olunub. Lakin onların heç bir yeni qüvvə statusunu qazana bilməyib.
Yeni adamlar meydana çıxır və bəyan edirlər ki, biz öz partiyamızı yaratmışıq. Naməlum yerdə, medianın xəbəri olmadan qurultay keçirirlər. Bilinmir ki, orada 100, yoxsa 10 nəfər iştirak edib. Belə üsullarla yeni qüvvə formalaşdırmaq olmaz. Ona görə də, yeni qüvvənin formalaşması asan proses deyil.
Politoloqlar hesab edirlər ki, Azərbaycanda növbəti seçkilərə qədər yeni qüvvələr formalaşa bilər. Çünki seçki prosesi yeni qüvvələrin formalaşmasına münbit şərait yaradır. Belə ki, seçki prosesi dövründə yeni qüvvəni formalaşdırmaq daha asan olar, nəinki seçkilərarası dövrdə. Bundan başqa, hazırda iddialı müxalifət qüvvələrinin öz ətraflarında yaratdıqları mif darmadağın olduğundan, onlar olan-qalan nüfuzlarını da itiriblər və sosial bazadan məhrum olublar.
Son illərdə müxalifətin keçirdiyi aksiyalarda vətəndaşların iştirak etməməsi, partiya liderlərinin siyasi cəhətdən tamam tükənməsi, müxalif mətbuat vasitələrinin tirajlarının xeyli azalması, siyasi mühitdə fəaliyyətsizlik dövrünün başlaması, müxalifət düşərgəsində qarşılıqlı ittihamlar savaşının qızışması və s. amillər bunu sübut edir.
Hazırkı müxalifətin bütün seçkilərdə məğlub olması da onu göstərir ki, bu qüvvələr artıq xalqın inamını itirib və onların heç bir perspektivi qalmayıb. Ölkədə mövcud olan partiya və bloklar sürətlə parçalanır, bölünür və sıradan çıxır. Bütün bunlar müxalifətin ümummilli mənafelər üçün yox, öz şəxsi mənafeləri üçün çalışdığını göstərir.
Əgər cəmiyyətin əksər hissəsinin bir müxalifət qəzetinin baş redaktorunun Novxanıdakı dəyəri bir neçə milyon dollar olan möhtəşəm villasından xəbəri varsa, onun ən bahalı avtomobildə gəzdiyinin, çoxsaylı mühafizəçilərlə gününü elit restoranlarda keçirdiyini görürsə, onda hansı məntiqlə onlara inanmalıdırlar?
Radikal müxalifətin sonuncu çığallığı martın 18-də keçirilən referendum öncəsi baş verdi. Artıq siyasi gündəmdən düşdüklərini, cəmiyyət tərəfindən unudulduqlarını görən qoca qurdlar Konstitusiyaya müsbət dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq səsverməsini belə boykot etməyə cəh etdilər. Bununla onlar yenidən gündəmə gəlmək və xarici ağalarına "baxın, biz hələ "ölməmişik, siyasi mübarizəmiz davam edir" tipli mesaj verməkdən ibarət idi.
Lakin zaman və xalq göstərdi ki, artıq bu ölkədə radikal müxalifətçilik öz ömrünü başa vurub və cəmiyyət üçün heç bir məna kəsb etmir. Bununla da Azərbaycanda radikalizm bir siyasi staregiya kimi tam sıradan çıxdı və öz yerini konstruktiv taktikaya verdi.
Təsadüfi deyil ki, artıq ölkənin əksər partiyaları öz kurslarını tamam dəyişiblər və sivil mübarizə yolu ilə xalqın etimadını qazanmaq və hakimiyyətə gəlmək istəyirlər. Növbəti seçkilərdə də yalnız belə partiyalar xalqdan dəstək görə bilər, nəinki tükənmiş ideologiya ilə silahlanmış radikallar.
Bütün bunları nəzərə aldıqda, görmək olar ki, hazırkı müxalifət liderləri, əsasən də, radikallar siyasi meyitlərin yığnağına çevrilir. Ortaya yeni müxalifət qüvvələrinin və yeni liderlərin nə vaxt çıxacağı isə bilinmir. Çünki "qoca qurdlar" "papaq altında yatan" belə gənclərə meydana çıxmağa heç cür imkan vermirlər.
Müxalifət düşərgəsində gedən proseslər göstərir ki, builki bələdiyyə seçkilərində də yenə də və son dəfə olaraq könhə qurdlar iştirak edəcək. Necə deyərlər "döyüşə" yenə də qocalar gedəcək. Cəmiyyətin içindən gələcək yeni qüvvələr isə, ən pis halda növbəti parlament və ya prezident seçkiləri öncəsi ortaya çıxa biləcəklər. İndiki radikal müxalifət liderləri son "nəfəs"ini də verib qurtarandan sonra.

Digər xəbərlər