PDF Oxu

Müxalifət

  • 15

Etibar Məmmədov çarəsiz qalıb

Etibar Məmmədov çarəsiz qalıb
Bütün müxalifətçilərin çarəsiz qaldığı açıq-aşkar görünür. Müxalifət düşərgəsindəki qalmaqal isə səngimək bilmir. Səngiməyən qalmaqal artıq Əli Kərimovu sıradan çıxardıb və növbə Etibar Məmmədovundur.
Bir-birləri ilə əməlli-başlı mübarizə aparan "bəy"lər isə, bütün güclərini itirdikləri üçün, indi də xarici təşkilatların qapısını döymək məcburiyyətində qalıblar. Lakin döydükləri heç bir qapı üzlərinə açılmır. Onlar beynəlxalq təşkilatlardan pul alaraq yenidən müxalifətçi rəqiblərinə qarşı mübarizə aparmaq niyyətindədirlər.
 Əli hər yerdən üzülən E.ıMəmmədov çarəsiz qalaraq bəzi xarici təşkilatlara üz tutub və onlarla əməkdaşlıq etmək fikrində olduğunu israrla bu təşkilatlara bildirir. Çünki E.Məmmədov artıq hər kəsin, bütün AMİP-çilərin, keçmiş dostlarının (hansı ki bu dostlar yalnız öz mənafeyini güdənlərdir)  onu saymadığını anlayır və belə olan halda, vəziyyətdən çıxış yolunu xarici təşkilatlarla işbirliyində görür. Lakin bu əməkdaşlığın ona heç bir fayda verməyəcəyini başa düşmür. Keçmiş AMİP sədri düşünür ki, o, xarici təşkilatlardan pul alaraq öz yararsız ideyalarını həyata keçirə bilər. Amma bir məsələni unutmaq olmaz ki, bu təşkilatlar E.Məmmədova heç vaxt maddi dəstək verməz. Çünki xarici taşkilatlar yalnız bacarığı olan insanlara maliyyə dəstəyi göstərir ki, hansısa nəticə əldə edə bilsin. Hazırda Etibar Məmmədov çox çətin vəziyyətdə olduğunu heç kimdən gizlədə bilmir. Azərbaycanda dost-tanışlarından heç bir xeyir görməyən E.Məmmədov indi də xaricdə özünə dost və rəhbər axtarır. Belə gülünc vəziyyəti müxalifətçilər hər zaman özlərinə yaraşdırıblar və dəfələrlə belə vəziyyətlərə düşüblər. Maraqlı sual yaranır ki, axı niyə belə gülünc vəziyyətə düşməkdənsə, siyasi səhnədən uzaqlaşdıqlarını, siyasi bacarığa sahib olmadıqlarını etiraf etmirlər? Bu, əslində, maraqlı yox, bəsit sualdır. Heç vaxt bəsit suallara belə cavab verə bilməyən müxalifətçilər yenə də sualı cavabsız qoyacaqlar. Cavab vermək üçün düşünmək lazım olsa da, təkcə düşünmək kifayət eləmir, gərək,  doğru cavabı verəsən.

Digər xəbərlər