PDF Oxu

Müxalifət

  • 13

Müxalifət uçurum astanasında

Müxalifət uçurum astanasında
Keçən il radikal düşərgə üçün əsil iflas dövrü kimi yaddaşlarda qaldı. Artıq radikal müxalifətin heç nəyə yaramadığını onun öz funksionerləri də qəbul edirlər. Əslində, etməsələr nə olacaq, başqa çıxış yolları varmı?! Elə götürək son prezident seçkilərini və yaxud da referendumu. Hər iki seçki zamanı müxalifət boykot çağırışı edirdi. Lakin xalqımızın hər iki seçkisini uğurla başa vurduğunu görən müxalifətin, boykot bəyanatına hətta daxillərində də tam dəstək verən olmadı. Prezidentliyə namizədliyi irəli sürülənlər arasında müxalifət təmsilçilərinin də olması radikal müxalifətin arzusunu ürəyində qoydu. Eyni zamanda, Konstitusiyada edilən əlavə və dəyişikliklərə etirazları bir nəticə də vermədi.
Bu günlərdə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu müxalifətin hazırkı durumunu xarakterizə edən açıqlamaları, düşərgədə böyük çaxnaşma yaradıb. R.Arifoğlunun açıqlamaları, əslində, Azərbaycan müxalifətinin yola saldığımız 2008-ci ilin sonundakı vəziyyətinə bir baxışdır. Prezident seçkiləri öncə R.Arifoğlu müxalifətin boykot taktikasını qəbul etmədiyi kimi, bu gün də onların bələdiyyə seçkiləri ilə bağlı cəfəngiyyatlarını mənasız və boşboğazlıq kimi qələmə verir. R.Arifoğlu məqaləsində yazır: "Özünü "ana müxalifət" adlandıran qüvvələr istər prezident seçkilərinin, istərsə də referendumun nəticələrinə təsir edə bilmədilər. Çünki müxalifət artıq ictimaiyyət tərəfindən nəinki qəbul edilir, heç tanınılmır".
Müxalifətin ünvanına baş yazarın "Yeni Müsavat"da "Seçkini boykotçu müxalifət uddu" fikrini bildirməklə, o, müxalifəti ələ salmaq istəyənində olduğunu bir daha qabaqcadan deyirdi. Bu gün isə, R.Arifoğlu müxalifətin bələdiyyə seçkiləri ilə bağlı Müsavatın rayon təşkilatlarının toplantı keçirmək planının heç bir nəticə verməyəcəyini bildirir. Hətta R.Arifoğlu bu açıqlamanı Müsavat qərargahında keçirilən toplantı iştirakçılarının yanında da səsləndirdiyini qeyd edir. Baş yazar məqaləsində onu da qeyd edib ki, İsa bəyin üzünə açıq-aydın öz fikrimi bildirdim: "İsa bəy, necədir sənünçün? Budəfəki boykot oyununla nə etmək istəyirsən? Gərək adamda bir düşüncə ola. Ancaq... Ona görə də, olmayan düşüncəsizin bələdiyyə seçkilərində yenidən boykot çağrışı heç də təəccüb doğurmur. "
"Yeni Müsavat"ın baş yazarı onu da bildirib ki, Müsavat partiyası İsa Qəmbərovla və ya başqa birisinin namizədliyi ilə seçkiyə getməli idi. Ancaq nəticəsi nə oldu? Heç bir şey. Bu gün də bələdiyyə seçkilərinin keçirilməsini "boykot" etmək təklifinin bir mənası olacaqmı? Axı, bu müsavatçılar niyə bu fırıldaqçının sözlərinə inanırlar. R.Arifoğlu onu da bildirib ki, nə qədər müxalifətdə İsa Qəmbərov var, Azərbaycanda bu qüvvələr ictimaiyyət tərəfindən nifrətlə qarşılanacaq.
Baş yazar, həmçinin, seçki ərəfəsi müxalifətin yaratdığı "MƏM"-in referendum ərəfəsi reallaşdırmaq istəyini qarşıdakı bələdiyyə seçkilərində reallaşdıracaqları ümidinin də mənasız olduğunu bildirir: "Ölkədə keçirilən hər hansı seçki və ya referendum zamanı uğursuz müxalifətin uğursuz əməkdaşlığı labüddür. Çünki bütün seçkilərərəfəsi yaranan bloklar, qurumlar xoruz səsi eşitməyən müxtəlif adlarla meydana çıxmaları müxalifətin uçurma getməsini daha da tezləşdirir. Çünki bu qurumları, blokları yaradanların siyasi düşüncəsi 18 il bundan əvvəlki düşüncədir. Elə bunun səbəbidir ki, ölkədə keçirilən bütün seçkilərdə müxalifət biabırçılıqla məğlubiyyətə uğrayır".
Seçkilərdə biabırçı boykot prosesinin radikal düşərgədə yenidən gündəmə gəldiyini bildirən R.Arifoğlu, müxalifətin boykot taktikasını biabırçı fakt adlandırıb. O, müxalifətin boykota qoşulmaq istəyinə də aydınlıq gətirib: "Müxalifət seçkiyə qatılsaydı, uduzub siyasi səhnəni tərk etməli idi. Ümumiyyətlə, bu gün dəfələrlə məğlubiyyətə uğrayan və müxalifətçilər tərəfindən qəbul edilməyən qat kəsmiş partiya sədrləri, artıq siyasi səhnədən getməlidir. O cümlədən, Müsavat başqanı İsa Qəmbərov. Bizim başqan olsa da belə, əsil həqiqəti demək vaxtıdır. Çünki bu gün bütövlükdə istər 2003-cü il, istərsə də 2008-ci ildə Prezident seçilən İlham Əliyevin reytinqinə bərabər bir kimsə yoxdur. Bu gün boğazdan yuxarı mənəm-mənəm demək heç də güclü olmaq deyil. Müxalifət düşərgəsində hamı özünü öz aləmində gələcəyə - 2013-cü ilə qoruyub-saxlamaq təşəbbüsü göstərir."
Müsavat funksioneri hazırkı durumda radikalların növbəti boykot yolu tutmağının heç bir nəticə verməyəcəyini də bildirib. Onun qənaətincə radikal düşərgədəki qüvvələr, əvvəllər olduğu kimi, yenə də öz maraqları üçün çapalayır və onlara müxalifətin əməkdaşlığı ilə bağlı heç nə lazım deyil. R.Arifoğlu bunu onunla əlaqələndirib ki, bu qüvvələrin hər biri tamam başqa-başqa qüvvələrə xidmət edirlər.
Göründüyü kimi, R.Arifoğlunun açıqlamasında müxalifətin perspektivinə inamsızlığı açıq ifadə olunur. "Öz aləmində 2013-cü ilə qoruyub-saxlamaq təşəbbüsü göstərdilər" cümləsində ironik yanaşma aşkar görünür. Baş yazar öz gələcək fəaliyyəti ilə bağlı suala cavab olaraq bildirir ki, uğursuz müxalifətlə, o cümlədən, Müsavat başqanı İsa Qəmbərovla bir yerdə olmaq niyyətində olmadığı üçün bir sırada olmağı təhqir sayır: "Elə buna görə də, gec də olsa ondan ayrıldığım üçün özümdə bir sakitlik hiss edirəm. Sağlıq olsun, yeni partiya yaratmaqla öz siyasi fəaliyyətimi davam etdirəcəyəm".
Rauf Arifoğlu bugünkü müxalifətin olduqca zəif, rəzil və əlacsız durumda olduğunu da bildirir. Onun sözlərinə görə, böyük ehtimalla, bu ildə də müxalifət birləşib ciddi siyasi gücə çevrilə bilməyəcək. Bunun ilkin işartısı ilə indidən başlanan radikal düşərgədaxili "razborkalar"dır.

Digər xəbərlər