Tayqa meşələrini ağuşuna alan yanğın kimi müxalifət düşərgəsinə də od düşüb. Partiya daxilində bir-birinə qənim kəsilənlər qara tüstünün içində də öz əməllərindən qalmırlar.
Belə bir od "ACP"-yə düşüb. Od-alov olan partiya liderinin müşaviri Zəminə Dünyamalıyeva partiyanı qara tüstüyə bürüyüb. Belə ki, partiya sədri Akif Şahbazovu tənqid atəşinə tutan müşavir, onu partiyaya "qarayara" olduğunu bildirib: "Bacarıqsız, əlindən heç bir iş gəlməyən, yalnız mobil telefondan və özündən ibarət olan A.Şahbazov partiyanı iflic vəziyyətə salıb. Ofisin şəhər telefonları borcdan bağlanıb. Onu açdırmağa belə gücü çatmır. Bəs görəsən, partiyanın lideri R.Quliyevdən aldığı pullar neyləyib? Nə vaxt axtarırsan, səsi gah o rayondan, gah da bu rayondan gəlir. Soruşanda da, deyir ki, bəs rayon təşkilatları ilə yığıncaq keçirməyə, bəzi məsələləri müzakirə etməyə getmişdim. Soruşan yoxdur ki, "gorumuz var ki, kəfənimiz də olsun?" Buranı yarıtdın qaldı olmayan rayon təşkitlatları".
Z.Dünyamalıyeva onu da bildirdi ki, nə zaman mobil telefonuna zəng vurursan, telefona başqa adam cavab verir. Deyirlər ki, Şahbaz bəy hamamdadır.
Bir-birinə qənim kəsilən bu şəxslərin, görəsən, "fəryadını" Rəsul "qağa" eşitmir? Çətin eşidər. Çayın o tayından eşidilməyən səsi, okeanın o tayına necə gedib çıxar? Çıxsa da Rəsul bəy özünü eşitməzliyə vurar. Məgər partiyanın fəaliyyətsizliyindən xəbəri yoxdur? Yəqin elə partiyda baş verənlərdən onun öz günahıdır. Onun öz qurması, özünün adətidir, ara qarışdırıb qıraqdan tamaşa etsin. Rəsul bəy partiyaya maliyə ayırmaq əvəzinə, bu cür qarışqlıq salır ki, ondan maliyyə tələb edilməsin və hər kəsin başı özünə qarışsın.