PDF Oxu

Müxalifət

  • 12

Əli Kərimov Lalə Hacıyeva ilə üz-üzə qalıb

Əli Kərimov Lalə Hacıyeva ilə üz-üzə qalıb
Müxalifət düşərgəsi dedikdə, göz önünə, ilk növbədə, qalmaqal və münaqişə gəlir. Artıq Azərbaycan cəmiyyəti də müxalifətin nə sifətdə olduğunu bəlli edib. İndi isə onun belə bir situasiyada nəyin və kimin havadarlığı ilə müxalifətin özünü göstərməsini söyləmək çox çətindir.
Müxalifət düşərgəsində yaranan və yaşananlara isə nəzər saldıqda buradakı vəziyyətin çox kritik olduğunu müşahidə etmək olur. Uzun zaman bir-birilə əməkdaşlıq etmiş partiyalar da, indi qanlı düşmənçilik prinsipləri ilə fərqli-fərqli mövqelərdə çalışırlar. "Azadlıq" bloku da müxalifət düşərgəsində mövcud olan təşkilatlar sırasında özünə məxsus yer tutmaqdadır.
Doğrudur, tərəflər arasında müəyyən mənada normal münasibətlərin olması barədə fikirlər səslənsə də, əsil həqiqət isə, tamam başqa mətləblərdən xəbər verir. Blokda təmsil olunan AXCP (i), "Vətəndaş və İnkişaf Partiyası" və Azərbaycan Liberal Partiyası arasında indi, sözün əsil mənasında, problem yaşanmaqdadır. Çünki uzun müddətdir ki, hər üç tərəf arasında davam edən münaqişə, nəhayət ki, özünün kulminasiya nöqtəsinə çatmış oldu. AXCP (i) sədri ilə ALP lideri arasında yaşananlar, sadəcə olaraq, söz məsələsi deyil. Tərəflər arasında əməlli-başlı problem yaşanmaqdadır. Digər bir tərəfdən isə Əli Kərimovla Lalə Hacıyeva arasında yaşananların nəticə etibarilə yüngül formada sona yetməsini söyləmək çox çətindir. Heç bir şərt olmadan tərəflər arasında gedən münaqişəyə əsas gətirməyin mənası belə yoxdur.
Ə.Kərimov ömrü boyu öz maraqlarını və prinsiplərini əsas tutaraq, müxalifət düşərgəsində qarşısına çıxanla konfliktə girir. Elə Lalə Hacıyeva ilə Ə.Kərimov arasındakı problem də dərindən qaynaqlanan səbəblər ucbatından baş verir. Ona görə də, Ə.Kərimovun belə bir məqamda kiməsə güzəştə getməsini acizanə gözləməyin sadəlövhlük olduğunu başa düşən L.Hacıyeva, nəyin bahasına olursa-olsun, rəqibinin qarşısına çox güclü formada çıxmağı düşünür. Onun belə bir məqamda Ə.Kərimovu sıradan çıxarmağın daha düzgün seçim olduğunu başa düşməsi və ona qarşı əməliyyata keçməsi məsələni daha da qızışdırıb.
Heç vaxt öz ambisiyalarını kənara qoyub doğru-düzgün işlə məşğul olmağı bacarmayan Ə.Kərimov L.Hacıyevanı asanlıqla öz yolundan uzaqlaşdırmağı planlaşdırır. Belə bir məqamda isə o, hətta kənarda havadarı olduğu qüvvələri də bu münaqişəyə cəlb edir. Məslənin isə bu səviyyədə şişirdilməsi L.Hacıyevanın da əsəbiləşməsinə səbəb olub. L.Hacıyeva isə çirkin əməllərin daşıyıcısı kimi, Ə.Kərimovu çox asan bir variantla yolundan uzaqlaşdırmağı planlaşdırır.

Digər xəbərlər