PDF Oxu

Müxalifət

  • 1 480

Onlar layiqli cəzalarını aldılar

image

Vətənə xəyanət bağışlanmır

Leyla Yunus və bu anti-azərbaycançı ünsürün həyat yoldaşı Arif Yunusun istintaqa cəlb edilməsi, onların Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunması ortalıqdakı konkret əməli fəaliyyətin, eyni zamanda, törədilən faktiki cinayətlərin məntiqi nəticəsidir. Doğurdan da başqa gözlənti də yox idi. Belə ki, o mənada yox idi ki, hər iki şəxs ermənipərəst mövqeyini heç bir zaman gizlətməyib. Əksinə, bu mövqeni əməlləri ilə hər zaman açıq şəkildə qabardıblar, öz millətinə, dövlətinə qarşı apardıqları destruktiv, cinayətkar fəaliyyətlə həyasızcasına fəxr ediblər. O zaman belə olan halda isə, heç şübhəsiz, dövlət və hüquq-mühafizə orqanları öz tədbirini görməli idi və gördü də. Çünki Azərbaycan dövləti Leyla Yunus və onun kimilərin arzuladığı formatda deyil. Çünki Cinayət Məcəlləsinin maddələrini ayaq altına alması, dövlət maraqlarını da öz şəxsi maraqları kontekstində görməsi qəbuledilməzdir, mümkünsüzdür!

Leyla Yunus və Arif Yunus hüquq müdafiəçisi adı altında maskalanmış, eyni zamanda, cəmiyyət və dövlət üçün son dərəcə təhlükəli olan biriləri oldluğu üçün onlardan hər şey gözləmək olar. Həyasızlığı ilə daima özünü gündəmdə saxlayan, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı subuta yetirilərək həbs olunan, bu günlər məhkəməsi davam edən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və əri Arif Yunusun xəyanətləri, korrupsiya əməliyyatları, mənimsədikləri külli miqdarda vasaitlər barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Məhkəmənin gedişi ilə bağlı mətbuatda yer alan informasiyalarda da bu barədə ətraflı açıqlama verilib. Azərbaycan xalqına yuxarıdan aşağı baxan, bu dildə yalnız söyüş söyən, şərəfini, ləyaqətini maddiyyətə satan, ermənilərlə iş birliyini gizlətməyən Leylanın Vətənə xəyanət əməlləri rəsmən subut olunur. Dövlətə xəyanət, dələduzluq, qanunsuz sahibkarlıq, rəsmi sənədləri saxtalaşdırma və vergidən yayınma maddələri ilə ittiham olunan Leyla Yunusun çirkin əməllərinin şahid ifadələri ilə təsdiqlənməsi, dövlətçiliyimizə ziyan vuran gizlinlərinin aşkarlanması ilə onun əsl kimliyi bəlli oldu. Təpədən-dırnağadək daşnak ruhuna xas Vətən xaini olduğunu sübut edən dəlillərdən yayınmağa çalışsa da, fakt faktlığında qalır. Bu insanlar öz günahlarını və cinayətlərini ört-basdır etsələr də, artıq ana dilimizdə yazılmış Azərbaycanın müqəddəs qanunları qarşısında cavab verdilər.

"Taylı-tayını tapmasa, günü ah-vayla keçər"

Son olaraq bir məqama toxunaq: radikal müxalifətin mövzu ətrafındakı spekulyasiyalarına. Ən çox ortalıqda bərq vuran şəxs kimdir? - Ehtimal olunan biri - yəni Əli Kərimli. Maraqlı, eyni zamanda, gözlənilən idi. "Taylı-tayını tapmasa, günü ah-vayla keçər" - misalı sanki bu məqam üçün deyilib. Onlar həqiqətən bir-birinə çox bənzəyirlər. Hətta lap çox- istər ağıl, istər vicdan, istərsə də xislət baxımından. Hər ikisi xəyanət simvoludur. Vətənə xəyanət isə bağışlanmır. Bəlkə də elə bu səbədən, əsas "yükü" üzərinə götürən və AXCP sədri Əli Kərimlinin nəzarəti altında nəşr edilən "Azadlıq" qəzetidir ki, hazırda onun səhifələrində aldıqları təlimatlara uyğun olaraq, dövlətçilik əleyhinə çıxış edən bir ünsürün "məzlumluğu", "günahsızlığı" barədə boy-boy yazılar, açıqlamalar verilir.

Beləliklə də, dövlətə, xalqa xəyanət yolu tutmuş və kimliyindən asılı olmayaraq, hər bir kəs öz layiqli cəzasını almalıdır. Və aldı da! Bu satnıq ermənipərəstlik siması layiq olduğu cəzasını aldı - Leyla Yunus 8,5 il, Arif Yunus 7 il. Leyla və Arif Yunuslar öz anti-milli və cinayətkar fəaliyyətinin acı nəticələrini yaşayır və tam qanunauyğun şəkildə cəzalandırılıblar. Necə deyərlər , cinayət cəzası qalmır.

R.HÜSEYNOVA

Digər xəbərlər