PDF Oxu

Müxalifət

  • 1 605

Əli Kərimlinin "İŞİD"çi əmisi oğlu

image
TƏRS BAXIŞ

Yaxud masanın üzərindəki silah da "ironikdir"?

AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovun zaman-zaman sərsəm düşüncələri ilə sosial şəbəkədə fikirlər paylaşması nəticədə onun özünün də təmsil olunduğu partiyanın iç üzünü ifşa edib. Lakin İnqilab Kərimovun "İŞİD"i Azərbaycana dəvət edərək, insan qanına susamış bu təşkilata "xoş gəlirsən" ifadələri ilə müraciət etməsi barədə məqalənin aşağısında əlavə yer ayıracağıq. Lakin hələlik, İnqilab Kərimovun əmisi oğlu, AXCP sədri Əli Kərimlinin təsiri altında olaraq, bu kimi statuslarla çıxış etməsini əsaslandıran bir sıra məsələlərə toxunaq.

Leninin bolşevizim nəzəriyyəsi ilə Əli Kərimlinin "İŞİD"ə pərəstiş nəzəriyyəsi bir-birini tamamlayır

Kimsəyə sirr deyil ki, AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyi mənəvi-psixiki hücumları və sonda sui-qəsd yolu ilə özündən kənarlaşdıraraq, partiya sədrliyini işğal edən Əli Kərimli bu vasitə ilə öz çirkin siyasətini bu gün də davam etdirməkdədir. Qırmızı bolşevizm təfəkkürünün Lenin qanunlarını icra edən Əli Kərimli partiyasında terror, təzyiq, şantaj, şər atmaq prinsipinə önəm verməklə kifayət qədər püxtələşib. Gəlin qısa da olsa Leninin inqilabçılıq nəzəriyyəsi ilə Əli Kərimlinin nəzəriyyəsini tutuşduraq və ortaq məxrəcə gəlinən bir neçə faktları sadalayaq. Belə ki, bu gün inqilab, çaxnaşma, dağıdıcılıq, hətta insan ölümü üzərindəki siyasətini hakimiyyətə gəlmək üçün prioritet hesab edən Kərimlinin ötən əsrin əvvəllərindəki bolşevizmin lideri Leninin siyasəti ilə uzlaçdırsaq, bu bənzərlikləri görərik.

1. Kommunist partiyası inqilab üçün hansı üsullardan faydalanmalı idi? Lenin bu sualı həm yazılarında, həm də hərəkətlərində cavablandırdı: Kommunist bolşeviklər partiyası bacardığı qədər qan tökməliydi. Bu gün Əli Kərimli və onun ətrafı məhz qan tökməklə hakimiyyətə yiyələnməyi özünün əsas vəzifəsi kimi qəbul edir.

2. Lenin hələ 1906-cı ildə yəni bolşevik İnqilabından 11 il əvvəl "Proletari" jurnalında belə yazırdı: "Bizi silahlı mübarizə maraqlandırır; bu mübarizə, fərdlər və kiçik qruplar tərəfindən icra edilir. Bir hissə inqilabçı təşkilatlara aid olduğu halda, digər hissələr hər hansı inqilabçı təşkilata bağlı deyildir...

Göründüyü kimi, bu gün AXCP sədri Əli Kərimli inqilabçılıq yolunu tutduğunu açıq şəkildə bəyan edir, onun partiyasında olmayan, lakin siyasətini dəstəkləyən bir sıra qeyri-hökumət təşkilatları ölkəmizin maraqlarına qarşı çıxış edən xarici siyasi dairələrdən təlimatlar alır, həmin təlimatları məhz AXCP ilə birgə icra edirlər. Yəni Leninin bolşevizim nəzəriyyəsi ilə Əli Kərimlinin "İŞİD"-ə pərəstiş nəzəriyyəsi bir-birini tamamlayır.

Beləliklə, biz burada Əli Kərimlinin məhz terrorçuluq yolu ilə hakimiyyəti qəsb etmək planlarının Lenin bolşevizminin dekretləri ilə nə qədər üst-üstə düşdüyünün şahidi oluruq və burada yuxarıda da qeyd etdiyimiz kimi, İnqilab Kərimovun "İŞİD" adlı terror təşkilatını Azərbaycana dəvət etməsi ilə Əli Kərimlinin siyasətinin nə qədər üst-üstə düşdüyünün şahidi oluruq. Yəni AXCP sədri üçün fərqi yoxdur, radikal dini cərəyanlar olsun, ya da ateist düşüncəli, bolşevizm təfəkkürü olsun, onların hər biri onun üçün qəbulediləndir. Qan-qada yolu ilə hakimiyyətə gəlmək.

Əli Kərimli İnqilab Kərimovu "zarafatlarında diqqətli ol" tənbehi, əslində, AXCP sədrinin planlarının açılmasından ehtiyat etməsinin sübutudur

Bu baxımdan, AXCP üzvü İnqilab Kərimovun "facebook" profilində "İŞID"-lə bağlı paylaşdığı statusun dərhal "Azadlıq" qəzeti bvasitəsilə "ironik status" adlandırılması əslində, Əli Kərimlinin ifşa olunmasının təsdiqidir. Daha dəqiq desək, Əli Kərimli hazırda ciddi vəlvələ içindədir ki, onun əmisi oğlu vəziyyəti qəlizləşdirib. Görünür, bu baxımdan AXCP sədri Əli Kərimli tərəfindən terror fəaliyyətinə üstünlük verən siyasətini ört-basdır etməkdən ötrü İnqilab Kərimova guya "uğursuz zarafatına görə" irad bildirilib: "İnqilab bəyə bildirildi ki, bundan sonra zarafat və ironiyalarında da diqqətli olsun".

Yəni danışanda, zarafat edəndə böyük əmisi oğlu Əli Kərimovun siyasətinin ifşasına yol verən ifadələrə rəvac verməsin. Əslində, məntiq də belədir!

Sonda isə Əli Kərimlinin öz əmisioğlunu təmizə çıxarmaq cəhdi ilə əmisi oğlunun paylaşdığı şəklin də üst-üstə düşmədiyini deyə bilərik. Tutaq ki, İnqilab Kərimov zarafat edib və onun bu zarafatı uğursuz alınıb, bəs onda AXCP üzvünün paylaşdığı şəkildə qarşısındakı silah kimindir? Yoxsa o da "uğursuz zarafatın" bir hissəsidir?! Yaxşı olardı ki, Əli Kərimli ifşa olunduqca, "Azadlıq" qəzetində "informasiya şöbəsi" adı altında yazdığı növbəti yazısında həmin tapança silahı barədə də bir qeyd aparsın...

Rövşən NURƏDDİNOĞLU

P.S. 100% əmin ola bilərsiniz ki, sabah "Azadlıq" qəzetinin "informasiya şöbəsi" İnqilab Kərimovun qarşısında olan tapança silahının "alışqan" olduğunu iddia edəcək...