Siyasət - ərəb mənşəli sözdür və bir neçə mənası var. İzahlı lüğətdən öyrənmişik ki, siyasət dövlətin, partiyanın və hər hansı ictimai qrupun daxili, dövlət və beynəlxalq münasibət məsələlərində fəaliyyətidir. Canlı dildə siyasət həm də hiylə, fənd, biclik, hiyləbazlıq, fəndgirlik mənasını verir. Necə deyərlər, ayının min bir oyunu var, bir armudun başında. Siyasətçinin də min bir oyunu onun istədiyi strategiyasına xidmət edir. Azərbaycanda doğru istiqamətdə siyasət yürüdənlər də var, siyasətçi donuna bürünüb millətini öz şəxsi mənafeyi naminə satanlar da. Bu gün aramızda bir gözəlin xalına bütün şəhəri qurbaq verən siyasətciklər də var. Əgər siyasi cəhətdən küt, burunlarından uzağı görməyənlər özlərini siyasətçi adlandırırlarsa, Allah vursun belə siyasətçini. Əgər siyasətçi Vətəni satırsa... Yadıma bir hikmətli xalq məsəli düşür: "Xarratlıq meymun işi deyil".
Bu gün sizləri Azərbaycanı satan, siyasətçi donunu geyinmiş bəzi nəmənələrlə, daha doğrusu, müxalifətin 3 muşketyorunu tanış etmək istəyirəm. Belə ki, birincisini hamı hüquq müdafiəçisi kimi tanıyır. Amma əsl hüquq müdafiəçisi kimi yox, qondarma müdafiəçi kimi. Onun Ermənistan xüsusi xidmət orqanlarında yüksək vəzifə tutan şəxslərlə birbaşa əlaqələri də hamıya məlumdur, Azərbaycana qarşı antitəbliğat aparması da. Leyla Yunus özünü vətənpərvər kimi göstərsə də, onun Şuşada, Ermənistanda, Rusiyanın Krasnodar vilayətində çoxlu erməni qohumu olması da hamıya məlumdur. O da məlumdur ki, bir vaxtlar Leyla Yunusun Rusiya Federasiyası Dumasının erməni deputatı Marina Salyan və Rusiyanın tanınmış hüquq müdafiəçisi, qətlə yetirilən Qalina Staravoytova ilə yaxın münasibəti də olub. Bu münasibət nəticəsində Azərbaycan haqqında məxfi məlumatlar ermənilərə çatdırılıb.
Əli Kərimli, Xədicə İsmayıl və Leyla Yunusa satqınlıq damğasını xalq vurub
Bu gün müxalifət düşərgəsində keçmişi qaranlıq, bu günü müəmmalı, sabahı isə indidən bəlli olan, ətrafındakı insanları min-bir yalançı, şirnikləndirici vədlərlə aldadan, daim xalqın iradəsinə əks mövqe sərgiləyən Əli Kərimli və Xədicə İsmayıl da Leyla Yunus satqınlığından heç də geri qalmır. O gün qəzetlərin birində oxuyuram ki, guya seçkiərəfəsi Əli Kərimliyə qarşı qara piar kampaniyasına başlanılıb. Amma bu kampaniya professional şəkildə idarə olunmur. Fikirləşdim ki, yəqin bunu yazanların Əli Kərimli haqqında fikirləri çox yüksəkdir. Axı, onun nəinki qara piar, heç nəmənə qədər qiyməti belə yoxdur. Müxaliflər deyirlər ki, Əli Kərimli haqqında yazılan yazılar güya üslub baxımından peşəkar jurnalist yaradıcılığı deyil. Buna səbəb isə yazılarda Əli Kərimlinin xəyanətkar kimi təsvir edilməsidir. Əslində, görməyənə kor, danışmayana lal deyildiyi kimi, Əli Kərimliyə də satqın deyilir.
Sözün açığı, onların siyasi fırıldaqçılıq üsullarına şeytan da həsəd aparar. Belə ki, AXCP sədri o qədər mahir yalançı, o qədər mahir siyasi "moşennik"dir ki, ondan nə desən gözləmək olar. Lakin ondan geri qalmayan Xədicə İsmayılın kimliyi haqqında... Nənəsi erməni, Əli Kərimlinin qohumu və "intim taktika"nın mahir ustası olan Xədicəni ictimaiyyət yaxşı tanıyır. Onun üçün Azərbaycan adlı ölkənin, xalqın, vətəndaşların, dinin, mənəviyyatın və dəyərlərin olmadığı açıq-aydın məlum olur. Ateist olduğunu deyən Xədicənin seks-videoları ilə gündəmə gəlməmişdən qabaqkı və həm də ondan sonrakı dövrdə jurnalist adı altında fəaliyyətində hər addımbaşı rast gəlinən, onun erməni lobbisinin maraqları ilə üst-üstə düşən ortaq maraqları, dövlət və hakimiyyət orqanları haqqında mənfi rəy formalaşdırılması, siyasi əqidəsindən asılı olmayaraq ona alternativ fikir bildirən şəxslərin qaralanması olub. Əyyaş həyat tərzi, ailə, cəmiyyət qarşısında məsuliyyət hissinin olmaması, azərbaycanlı xanımlara yad dünyagörüşü, etik, əxlaqi dəyərlərə ironik münasibət Xədicə İsmayılovanı bu gün təkcə bütün jurnalistlərdən deyil, həm də bütün Azərbaycan vətəndaşlarından kəskin fərqləndirir. Bu mənada bu məxluqlar mənəviyyatı itirilmişlərdir və hamısının mayası satqınlıq, şəxsiyyətsizliklə yoğrulub.
Göründüyü kimi, bu baxımdan müxalifətin 3 muşketyoru bu gün heç də qəhrəman deyillər. Çünki onların bir adı var - satqınçılıq və bu damğanı da xalq vurub. Xalq həmişə düzgün seçim edir.
Ü.ƏSGƏROV