PDF Oxu

Müxalifət

  • 1 489

Leyla Yunus və su idarəsi

image

Köşə

1992-ci ildə cəbhəçilərin ən çox qorxduğu şəxs Leyla Yunus imiş. AXCP-Müsavat hakimiyyəti zamanı vəzifədə olan cəbhəçi və müsavatçılar onunla hesablaşmağa məcbur olurdular. Ondan nə üçün qorxduqları o vaxt bir "müəmma" kimi görünsə də, sonradan bütün qıfıllar açıldı. Məlum oldu ki, Leyla Yunusun şəxsi qoçu dəstəsi olub və kimdən xoşu gəlməyibsə, döydürüb.

1992-ci ildə Müdafiə Nazirliyində işləmiş Südabə adlı qadının mənimlə söhbətində açıqladıqlarının hamısını qeyd etməyəcəm. Bu, sonraya qalsın. Amma ucundan-qulağından bir az deyim. Deməli, Leyla Yunus Müdafiə Nazirliyində işlədiyi vaxt evinin suyu kəsilibmiş. Dərhal maskalı, hərbi və mülki geyimli şəxslərlə su idarəsinə hücum edərək müdiri döydürən Leyla Yunus sonradan müdafiə naziri tərəfindən şifahi şəkildə təşəkkür də alıbmış. Bundan başqa Leyla Yunus televiziya vasitəsilə kəndlərimizin çəkilməsində maraqlı imiş. Çünki Qarabağ müharibəsi getdiyi bir ərəfədə silahsız kənd camaatı haqqında reportaj hazırlanan kimi ermənilər səhəri günü həmin kəndə hücum edib insanları qətlə yetirirdilər. Bu, Leyla Yunusun "xidmətləri" deyilmi? Bundan böyük cinayətmi olar? Hətta o vaxt televiziya rəhbəri reportajları verməkdən imtina etsə də, Leyla Yunus zor gücünə bu reportajlara efir qazandırıb.

Bu gün AXCP-də kifayət qədər cəbhəçilər var ki, Leyla Yunus vaxtilə onların ailə üzvlərini həbsə atdırıb, döydürüb, müxtəlif təzyiqlərə məruz qoyub. Necə deyərlər, insanları hara göndərirmişsə, özünün də son yolu ora oldu. Sülh və Demokratiya İnstitutu yarananda bahalı ofis mebellərinin, böyük maliyyə imkanlarını hardan əldə etdiyini Leyla Yunusa sual verən cəbhəçinin taleyindən uzun müddət heç bir xəbər olmadı. Sən demə, şərləyib həbsə atdırıbmış. Amma bu gün cəbhəçilər onu müdafiə edir. Fərqinə varmadan bu casus qadın üçün hər cür "fədakarlığa" can atırlar. Sual olunur, həqiqətənmi bu canfəşanlıq Leyla Yunus üçündür? Yoxsa Leyla Yunusla eyni bulaqdan su içənlərə verilən növbəti təlimatdır?

Artıq hər şey geridə qaldı, millətimizin gözü aydın olsun, canımız bir xaindən də qurtardı. Bu yaxınlarda millət vəkillərindən biri ilə tam səmimi söhbətim oldu. O, deputatlığı, mən də müxbirliyi bir kənara qoyub danışdıq. Hörmətli deputatımız deyir ki, Leyla Yunusun əslini - anasını, atasını araşdırıdın. Mütləq onun kökündə erməni qanı var, özü də möhkəm bağlılığının olması şübhəsizdir. Çünki damarında hər iki tərəfdən təmiz azərbaycanlı, türk qanı axan şəxs öz millətinə qarşı casusluq etməz, erməniləri müdafiəyə qalxmaz. Deputat o vaxt universitetdə ona dərs deyirmiş. Deyir ki, Leyla Yunus sovet vaxtı ermənilərin yazdıqları tarix kitablarını çox oxuyurdu.

Həbs edilməmişdən öncə Leyla Yunusun "İŞİD" haqqında söylədikləri bəlkə də yadınızdan çıxıb. Deyirdi ki, "İŞİD" Azərbaycana gəlib ədaləti bərpa etməlidir. Yəni bu qədər... "İŞİD" öncə öz qadınına yiyə dursun, arvadlarını vəhhabilərin altından çıxarsın. Ədalətlə "İŞİD" arasında məsafə o qədər böyükdür ki...

Samir

Digər xəbərlər