PDF Oxu

Müxalifət

  • 1 635

"Azadlıq" da Əli Kərimlinin əlindən alınır

image

AXCP sədri bütün resursları ilə dalana dirənib

Bəlli olduğu kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) şəxsi ofisinə və biznes maraqlarının təminatçısına çevirmiş Əli Kərimli vaxtilə bu qurumdan qovduğu, eləcə də zorən istefaya göndərdiyi adamlar tərəfindən hücumlara məruz qalmaqdadır. Bu gün müxalifətin müxtəlif cinahlarında fəaliyyət göstərən, eləcə də siyasi fəaliyyətlərinə son qoyan bir çoxları artıq avtoritar partiya sədrinə qarşı hücum taktikasında birləçmək razılığına gəliblər. Xüsusilə, AXCP-də rəhbər postlarda olmuş sabiq cəbhəçilərin bir araya gəlib Əli Kərimlini şəxsiləşdirdiyi partiyadan uzaqlaşdırmaqda qətiyyət nümayiş etdirəcəklərini sərgiləməkdədirlər.

"Azadlıq" Əli Kərimlinin əlindən çıxarsa...

Bu arada, AXCP sədrinin sabiq müavini Razi Nurullayevin partiyanın möhürünü onun əlindən alınacağını bəyan etməsi isə daha bir amili aktual edib. Bildiyimiz kimi, AXCP-nin bilavasitə mətbu orqanı kimi fəaliyyət göstərən, eyni zamanda Əli Kərimlinin nəzarəti alltında işıq üzü görən "Azadlıq" qəzeti də onun əlindən alına bilər. Uzun illərdir, xüsusilə Əbülfəz Elçibəyin ölümündən sonra bu qəzeti özünküləşdirərək, onu şantaj, böhtan, söyüş və təhdid mərkəzinə çevirmiş Əli Kərimlinin əlindən partiyası ilə yanaşı, "Azadlıq" qəzeti də alına bilər.

"Əli Kərimliyə qarşı mübarizədə "Azadlıq" qəzetini də öz tərəfimizə çəkməyə çalışacağıq". Bu fikirləri isə məhz onun keçmiş müavini Razi Nurullayev bəyan edib. Həm də AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin rəhbəri vəzifəsini icra etdiyini bildirən Razi Nurullayev bildirib ki, artıq bununla bağlı "Azadlıq" qəzetinə müraciət də ünvanlayamağa hazırlaşır. Sitat: "Biz istəyirik ki, "Azadlıq" qəzeti də ayılsın. Qoy onlar da bilsinlər ki, Əli Kərimliyə yox, xalqa xidmət etmək lazımdır. Ona görə, bu qəzet müstəqil olmalıdır. Bu qəzet Əli Kərimlinin əsarətindən çıxsa, yaxşı olar. Ancaq qərar onlarındır."

Vaxtilə Əbülfəz Elçibəyə "əzrayıllıq" etmiş Əli Kərimlinin "əzrayılı" Razi Nurullayevdir

Söz yox ki, qarşı tərəfin qərarı neqativ olacaq. Məsələn, Əli Kərimli sosial şəbəkədəki "söyüş qrupu" vasitəsilə Razi Nurullayevin hücumlarına qarşı təhqir kampaniyası başladacaq. O cümlədən, əsas rıçaqı olan "Azadlıq" qəzetinin əlindən çıxmaması üçün "zəhmətkeş məktubları" da yazdıracaq. Amma fakt budur ki, o, çox ciddi şəkildə dalana dirənib və bu dalandan çıxmaq ona müyəssər olmayacaq. Artıq onun da siyasi ölümünün vaxtının çatdığı bəllidir. Vaxtilə öz lideri Əbülfəz Elçibəyə qarşı "əzrayıllıq" missiyasını üzərinə götürmüş Əli Kərimlinin özü qurbana çevrilib. Bu dəfə isə onun "əzrayılı" Razi Nurullayev olacaq.

Ü.ƏSGƏROV

Digər xəbərlər