PDF Oxu

Müxalifət

  • 1 749

"Milli Şura"nın "şərtləri"

image
Yoxsa seçkilərə qatılmamaq üçün bəhanə?

Sirr deyil ki, "Milli Şura" payızda baş tutacaq parlament seçkilərində iştirak etmək niyyətində olmadığını bildirib. Yəni burada "Milli Şura"nın hər hansı bir görünməyən cəhəti yoxdur. Görünən isə budur ki, bir müddət öncə AXCP sədri Əli Kərimli seçkilərə getməyəcəkləri barədə fikirini irəli sürdükdən sonra, Cəmil Həsənli də eyni motivdən çıxış edərək, "Milli Şura"nın parlament seçkilərinə "yalnız onların şərtləri qəbul ediləcəyi təqdirdə" qatıla biləcəklərini deyib. Beləliklə, "şərtlər" barədə fikir bildirən Cəmil Həsənli də yaxşı bilir ki, onların dedikləri fikirlərin heç biri reallığı əks etdirmir və onlar yalnız özləri üçün danışırlar. Ona görə də gündə bir bəyanat yayaraq, guya qurumun seçkilərdə iştirak etməkdə maraqlı olmadığını deyirlər. Ona görə də müəyyən "şərtlər" irəli sürürlər.

"Milli Şura"nın üzvləri istefa verdikdən sonra AXCP üzvlərindən kimlərsə bura əlavə olunur və beləliklə, boş qalan yerlər doldurulur

Lakin "Milli Şura"dakıların hamısı Əli Kərimli-Cəmil Həsənli cütlüyünün çıxardığı qərarlarla, "şərtlərlə" razı deyillər.

Düzdür, bu istiqamətdə konkret açıqlama vermirlər, lakin qeyri-rəsmi söhbətlər zamanı qeyd edirlər ki, "Milli Şura" rəhbərliyinin şəxsi maraqları səbəbindən bu qurumun seçkilərə getməməsi, sadəcə olaraq, siyasi intihardır. Daha bir təzdalı məqam "Milli Şura"nın öz nizamnaməsinə qarşı çıxmasıdır. Belə ki, seçkilərdə iştirak etməsi və ya etməməsi haqqında qərarı "Milli Şura"nın sessiyası verə bilər. Amma hazırda qərarları vermək səlahiyyətində olan qurum kimi "Milli Şura"nın koordinasiya mərkəzi göstərilir. Burada isə "Milli Şura"nın əsasnaməsinsə kəskin ziddiyyətlərin olduğunu görürük.

Daha bir məsələ isə "Milli Şura"nın üzvlərinin sayı 50-60 nəfərdən çox olmamasıdır. Amma onların bir çoxu, ümumiyyətlə, tanınmır. "Milli Şura"nın üzvləri istefa verdikdən sonra AXCP üzvlərindən kimlərsə bura əlavə olunur və beləliklə, boş qalan yerlər doldurulur. Bu şəxslərin parlament seçkilərində iştirak edəcəyi isə, ümumiyyətlə görünmür.

Seçkiər yaxınlaşdıqca, "Milli Şura"da ziddiyyətlərin artaraq, şərçivədən çıxacağını gözləmək mümkündür

Eləcə də bu gün "Milli Şura"da müəyyən adamlar var ki, seçkilərə qatılmaq istəyirlər. Bu, həmin şəxslərdir ki, hələ 2013-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində "Milli Şura" rəhbərliyinin yalnız bu seçkiləri rpioritet hesab edərək, parlament və bələdiyyə seçkilərini boykot etmək taktikasını da zərərli hesab edirlər. Ümumiyyətlə, etirazçılar qrupu bu cür düşünür ki, prezident seçkilərində iştirak qərarı verəndə qurumun rəhbərləri - Əli Kərimli-Cəmil Həsənli cütlüyü öz oyunlarını qurur və maraqlarını reallaşdırmağa çalşırlar. Bu isə adıçəkilən qurumda daha kəskin qarşıdurmalara səbəb olmaqdadır. Seçkiər yaxınlaşdıqca, "Milli Şura"da ziddiyyətlərin artaraq şərçivədən çıxacağını gözləmək mümkündür.

R.RƏSULOV