Köşə
Dostum bir dəfə Həccdə, iki dəfə də Məşhəddə ziyarətdə olub. Deyir ki, mənə "hacıməş-məş" deyə müraciət edin. Allah qəbul eləsin. Avropaya da tez-tez gedib-gəlir, nə üçün getdiyini özü anlamasa da, oralarda xeyli dostu var. Avropada müsəlmanlara olan münasibətdən danışır. Buyurur ki, Avropada müsəlman, islam deyəndə göz önünə terrorizm gəlir. Elə bilirlər ki, bütün müsəlmanlar terrorçudurlar. Hə, axı nə olsun, bilsinlər də. Mən də uşaq vaxtı elə bilirdim ki, bütün çinlilər karateçidirlər. Sonra məlum oldu ki, hamısı Brus Liyə oxşasalar da, indi ölkəmizdə "20 Yanvar"da, Xırdalanda "ştuçni" siqaret, corab satırlar. Kin-funun əcaib səslərini indi "duxi, duxi, yaxçi duxi" sədaları əvəzləyib.
Dünyada yayılan bütün əxlaqsızlıqların, terrorizmin mənbəyi Qərbdir. Şərq Qərbə yalnız mədəniyyət, elm ötürüb. Hələ orta əsrlərdə Avropa dövlətlərində vandalizm, xurafatçılıq baş alıb gedirdi. Qaliley, Cordono Bruno Qərb dini xuarafatçılığının qurbanları deyilmi? Kilsələrin yöndəmsiz hökmləri nəticəsində Qərbi Avropa ölkələrində insanlar diri-diri yandırılanda islam dünyaya elm, mənəviyyat və mədəniyyət təbliğ edirdi. Bu gün "İŞİD"-in axmaq addımları da məhz sizin təcrübənizin nəticəsidir. Necə də öz simanızı yarada bilmisiniz. Qabriel Qarsia Markes özünün "Patriarxın payızı" romanında izah edir ki, əslində ən böyük anti-demokratiyanın, dini pərdələr altında insanlara düşmənçiliyin, siyasi qərarlarla millətin rəzil vəziyyətə salınmağının əsas mənbəyi məhz Qərbdir-Avropa dövlətləridir, ABŞ-dır.
Bu gün Avropada islamofobiya o həddə çatıb ki, bir müsəlman avtobusa minən kimi, digər sərnişinlər düşüb qaçırlar. Ona görə ki, avtobusun bu müsəlman tərəfindən partladılacağından qorxurlar. Bəs onları bu rəzil hala salan kimdir? Əlbəttə ki, Qərb dövlətlərinin özləri. Onlar xristianların müsəlmanlara düşmən kimi, terrorçu gözü ilə baxmağını təmin etmək üçün hər il milyardlarla pul xərcləyirlər. Telekanallarda, qəzetlərində, reklam agentliklərində bunun üçün uzunmüddətli layihələr reallaşdırırlar. Ancaq bu gün Qərbin şortikli gədələri hər gün metroda, avtobusda, restoranda gözümüzün kökünü saraldıblar. Zalım uşaqları o qədər donuz əti yeyirlər ki, dəriləri leş qoxuyur, hələ rəngini demirəm. Məsələnin ən mühüm tərəfi odur ki, Qərbin kilsələri, monastrları dinlə məşğul olmaq əvəzinə, islamla mübarizə aparırlar. Keşişlər, rahiblər hər gün islam əleyhinə, dinizimizin terrorçu din olduğunu isbatlamaq üçün çıxışlar edirlər.
Çin generallarından biri deyir ki, dünyanı müharibələrə söv edən Qərbdir. Təsəvvür edin ki, İkinci Dünya müharibəsindən dərhal sonra BMT yaradıldı, ardınca da NATO. Guya "sülh" (BMT) yaratdılar, bəs üstündən 4 il keçəndən sonra yeni bir müharibə (NATO) nəyə lazım idi? Bunun ardınca da soyuq müharibə adı altında daha isti qanlar tökdülər.
Həmişə sevinmişəm, nə yaxşı ki, qardaş Türkiyədə ədalətli dövlət var. Amma Türkiyə ozan səsini əzan səsi ilə əvəz edəndən çətin vəziyyətə düşüb. 1923-cü ildən bəri hərbi dövlət kimi dünyada söz sahibi olan Türkiyənin bu gün Qərbdən atılan mancanaqlarla tutulması da çox davam eləyə bilməz. Nə gözəl olardı, Türk Dövlətləri Birliyi (TDB), bu təşkilatın ortaq ordusu yaranardı. Nə gzəl olardı, ortaq türk əlifbası yaradılardı. Nə gözəl olardı, ortaq türk telekanalları mövcud olaydı.
Samir