PDF Oxu

Müxalifət

  • 1 617

ADR-in hücumu Müsavatı qarışdırıb

image
Partiya üzvləri vəziyyətin kritikləşməməsi üçün rəhbərlik qarşısında tələblərdə bulunublar

ADR hərəkatının Ədliyyə Nazirliyinə Müsavat partiyasının qurultayı və qurultay zamanı keçirilən başqanlıq seçkiləri ilə bağlı müraciəti iki siyasi qurumun arasındakı nifaqı dərinləşdirməsi ilə yanaşı, partiyadaxili ziddiyyətlərə də yol açıb. Belə ki, Qubad İbadoğlu tərəfdarlarının əksər çoxluğunun sabiq müsavatçı olmaları və onların hazırda Müsvatda təmsil olunan dost-tanışları drmək olar ki, bir-birilərini dəstəkləyirlər. Bu isə ilk növbədə Arif Hacılıya vurulan zərbə kimi qiymətləndirilir. Çünki Müsavatda fəaliyyət göstərənlərin, ADR hərəkatının üzvləri ilə yaxınlıq etmələri sabah onların da hərəkata qoşulacaqlarını kifayət qədər reallaşdıra bilər.

ADR və "Ağ Blok" bir araya gələ bilər

Partiyadaxili mənbələr də bunu təsdiq edir. Məsələn, bu gün Müsavatda fəaliyyət göstərmələrinə rəğmən, narazı qrup şəklində "Ağ Blok" adlı qurumda da siyasət yürüdənlərin əksəriyyəti eyni zamanda Qubad İbadoğlunun tərəfdarlarına da dəstək göstərirlər. Bu isə həm də belə qənaətə gəlməyə şərait yaradır ki, "Ağ Blok"un təsisçisi Tural Abbaslı Qubad İbadoğlunun Müsavata qarşı hücumuna dolayısı ilə dəstək göstərir. Baxmayaraq ki, mətbuatda verdiyi açıqlamalarında Müsavatın qurultay nəticələrinin Ədliyyə Nnazirliyində yoxlanılmasına qarşı olduğunu bəyan edib. Yəni bu, o demək deyil ki, Tural Abbaslı İbadoğlunun ambisiyalarını deyil, Hacılının maraqlarını müdafiə edir. Məsələn, Abbaslı bildirib ki, onu maraqlandıran müsavatçılıq ideologiyasıdır və bu ideologiyaya qarışı çıxan istənilən addımı uğurlu hesab etmir. Ancaq bəllidir ki, onun Arif Hacılı komandasından narazılığının kökündə məhz müsavatçılıq ideologiyasının pozulması amili dayanıb. Daha dəqiq desək, Tural Abbaslı, əslində, partiya başqanlığını legitim hesab etmir. Bu baxımdan, "Ağ Blok" yaradaraq, parlament seçkilərinə qatılmaq üçün ehtiyat manevri edən Tural Abbaslı dolayı yolla Qubad İbadoğlunun hərəkatına da dəstək vermək məcburiyyətindədir.

Baş verənlər Müsavatın rəhbərliyənə heç də uğurlu siyasi gələcək vəd etmir

Bütün bunları təhlil edərkən, Müsavat daxilində partiya üzvlərinin bir qisminin ADR-in tələblərinə dəstək vermələri şübhə doğurmur. Eləcə də Müsavat başqanının müavini Elman Fəttahın Ədliyyə Nazirliyinə gedərək, nazirlikdən onlara yazılı şəkildə müraciət etmələrini şərt kimi irəli sürməsi, daha dəqiq desək, dövlət qurumu qarşısında şərt dili ilə danışması belə deməyə əsas verir ki, partiyanın durumunu daha da ağırlaşdıracaq.

Belə bir vəziyyətdə Müsavatda növbəti istefaların baş verməsini də gözləmək mümkündür. Bu istefalar xüsusilə parlament seçkilərinə ay yarım, bir ay qalmış intensivləşə bilər ki, nəticədə ən çox ziyan çəkən də məhz Arif Hacılı və onun tərəfdarları olacaq. Hətta ehtimal etmək mümkündür ki, parlament seçkilərində ADR və "Ağ Blok" bir araya gələrək, Müsavatı siyasi qurum kimi tamamilə siyasi arenadan çıxdaş edə bilər. Bu amil isə Müsavatın rəhbərliyənə heç də uğurlu siyasi gələcək vəd etmir.

Rövşən RƏSULOV