PDF Oxu

Müxalifət

  • 1 745

Xədicə İsmayılın yazışmaları

image

Prokuror: "Həmin yazışmalarda olan fikirlər utancverici olduğu üçün..."

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi Tural Mustafayevi intihar həddinə çatdırmaqda, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan "Azadlıq Radiosu"nun əməkdaşı Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib. Məhkəmənin budəfəki iclasında hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə prokuror Xədicə İsmayılın 9 il müddətinə azadlıqdan məhrum edilməsini, 3 il müddətinə isə vəzifə tutmaq hüququndan məhrum edilməsini istəyib.

Tural Mustafayevin nümayəndəsi Səfər Seyidov prokurorun çıxışından razı olduğunu deyib

Məhkəmənin gedişatında prokuror çıxış edərkən bildirib: "Xədicə İsmayıl ilə T.Mustafayev arasında olan yazışmalarda olan fikirlər utancverici olduğu üçün həmin mesajların məhkəmədə açıqlanmasını zəruri hesab etmirəm."

Maraqlısı da budur ki, müxalifət mediası guya T.Mustafayevin X.İsmayılla bağlı fikirlərini geri götürdüyünü iddia etməklə yanaşı, radio əməkdaşının onu intihar həddinə çatdırmadığını bildirib. Ancaq bütün bunlara rəğmən, T.Mustafayevin nümayəndəsi Səfər Seyidov prokurorun çıxışından razı olduğunu deyib. Bu isə həm də belə qənaətə gəlməyə əsas yaradır ki, əslində, T. Mustafayev məhkəmədə X.İsmayılla qarşı-qarşıya gəlməmək üçün, olanları tam təfsilatı ilə danışmamaq üçün (yazışmalarda bir-birlərinə yazıdlqları qeyri-etik, normadan kənar "sevgi ifadələri"nin ictimailəşməməsi üçün-R.R.) özünə səlahiyyətli nümayəndə seçib.

Tural Mustafayevin Xədicə İsmayıla qarşı istintaqa verdiyi ifadələri geri götürməsi barədə irəli sürülən iddialar müxalifət mediasının təxəyyül məhsuludur

O cümlədən, əgər onun səlahiyyətli nümayəndəsi prokurorun çıxışı ilə razı olduğunu təsdiq edirsə, demək, "Azadlıq" qəzetinin, eləcə də "Azadlıq Radiosu"nun T.Mustafayevin X.İsmayıla qarşı istintaqa verdiyi ifadələri geri götürməsi barədə uzun müddətdir ki, irəli sürdükləri iddiaları, sadəcə, təxəyyül məhsuludur.

Beləliklə, prokurorun X.İsmayıla 9 il iş istəməsi ittiham edilən şəxsin cinayətlərinin nə qədər ağır olduğunu göstərir.

Qeyd edək ki, məhkəmə avqustun 26-da davam etdiriləcək.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər