KÖŞƏ YAZISI
AXCP-nin növbəti qanada parçalanması amili partiyanın baş təlxəyi Əli Kərimlini və onun təlxəkciklərini narahat-zad etmirmiş. Məsələn, Razu Nurullayevin möhür-ştamp, eləcə də "Azadlıq" qəzeti barədə verdiyi "ələ keçirəcəyik" tipli məlum bəyanatlarından sonra Cəbhənin başbilənləri dərhal ortaya düşüb bunu "hakimiyyətin oyunu" kimi qələmə verməyə başladılar. Pəhhh, AXCR sədrinin müavini Fuad Qəhrəmanlı saçını darayıb "Azadlığ"a çıxd ki, bəs sən demə Razu Nurullayevi "iqtidar mənimsəyib" və indi də "AXCP-yə qarşı təxribat etdirir", Gözəl Bayramlı heç də gözəl olmayan ədası ilə bunu "hakimiyyətin dünyanın ən ağıllı, ən kamallı partiya sədri Əli Kərimliyə qazdığı quyu" oldğunu iddia etdi, daha nə bilim hansısa kərimovçular "zəhmətkeş məktubları" yazaraq, Əli Kərimlinin yanında "sürünəcəklərini" bəyan etdilər. Beləliklə, sübut olundu ki, əslində Razi Nurullayevin AXCP-yə sahib çıxması barədə verdiyi qərar, başda Əli Kərimli olmaqla, yanında olan təlxəkləri qorxutmağa, hürkütməyə başladıb. Yox, əgər belə deyilsə, onda hadisələrə münasibət bildirməsinlər, sussunlar və ümumiyyətlə, Razi Nurullayevin hücumuna qarşı etinasız davransınlar. Biz də deyək ki, həəə, əşşi bunlar doğrudan da Nurullayevin iddialarından qətiyyən çəkinib-eləmirlər. Amma!
Amma biz bunun yerinə nə görürük? Görürük ki, buradakılar cəhənnəm, hətta quyruğunu qapı arasından sivirib, Fransaya qaçan Güləhməd kişinin gözgörən oğlu Natiq (Natiq Əbilovun nə qədər "qeyrərli oğul" olması barədə kifayət qədər faktlar mətbuatda ictimai rəyin diqqətinə dəfələrlə çatdırılıb-R.) dərhal "əqidəli cəbhəçi" statusundan çıxış edib, bir qara-qura yazı tullayıb "Azadlığ"ın urnasına. Deməli, Razu Nurullayevin iddiasını, bəyanatını yayan sayt və xəbər portallarını öz təbirincə "donqili" adlandıran Güləhməd kişinin şərəfsiz oğlu, əslində özü-özünü donqili yerinə qoyaraq, daxilindəki narahatlığını büruzə verib. Narahat olub ki, ayə, birdən Razi doğrudan da AXCP-nin möhürünü, ştampını, hətta "Azadlıq" qəzetini hüquqi yolla mənimsəsə, mən neyləyəcəyəm? Hansı külü başıma töküb, onun-bunun filan yerlərinə dəsmal çəkib pul qazanacağam, erməni dəyirmanına hansı səmtdən su tökəcəyəm? Bax, ona görə də narahat olub. Nə gecəsi var, nə də ki, gündüzü. Düşüb ortaya və təlxəklik edir, deyir ki, yaşasın "Xalq Cəbhəsi". Amma hansı ay bədbəxt Güləhməd kişinin yaramaz oğlu?! Mirmahmud bəyin KXCP-simi? Qüdrət bəyin BAXCP-simi? Asim bəyin DİP-imi? Qulamhüseyn Əlibəylinin "Aydınlar"ımı? Fazil bəyin BQP-simi? Fərəc Quliyevin "MDHP-simi? Hansı Cəbhəyə alqış deyirsən, ay binəva? Axı onların hamısı zaman-zaman bir ucdan, yəni sənin şərəfsiz sədrin Əli Kərimli lideri Əbülfəz Elçibəyi özündən kənarlaşdırdıqdan sonra AXCP sıralarından çıxaraq, çirkabdan, rəzillikdən yaxa qurtardılar. Yaxa qurtarmaqla yanaşı, Əbülfəz Elçibəy yolunda məhz özlərinin getdiklərini bəyan etdilər! İndi düşmüsən ortaya və növbəti AXCP-nin yaranmasına qarşı işindəki şeytani hisslərini bölüşürsən. Nədir səni narahat edən, nədir səni yerindən oynadan? Əli Kərimlinin mundarçılıqlarının bir daha ictimai rəyə bəlli olmasımı? Axı sən də onun tayısan, ay Güləhməd kişinin ləyaqətsiz oğlu. Ona görə də qınamıram səni. Qınamıram ona görə ki, sən həqiqətən də bu fünyaya necə şərəfsiz gəlisənsə, elə şərəfsiz də gedəcəksən. Ta axirətə qədər. Axirətdə isə sənin yaxandan yapışanlar tapılacaq. Bax, onda nə sən, nə də Əli Kərimlinin o biri təlxəkləri ortaya düşüb, düşükcəsinə "bunu hakimiyyət etdi" deyə bilməyəcək. Hələlik isə, qoy sənin istədiyin olsun, "Yaşasın AXCP-n", amma uzağı bir neçə ay. Çünki sənin AXCP-nə bir neçə aydan artıq ömür vermək mümkün görünmür. Güləhməd kişinin DONQİLİ oğlu...
RÖVŞƏN