"Razi Nurullayev AXCP-dən kənarlaşandan sonra "Yeni Demokratiya Hərəkatı" adlı bir qurum təsis etdi və orada da fəaliyyətini davam etdirir. Kimlərsə bizim yaratdığımız "Ağ Blok"la Razi bəyin hərəkatı arasında oxşarlığın olduğunu düşünürlərsə, yanılırlar. Çünki Razi Nurullayev keçmişdə müavini olduğu partiyaya iddialıdır, ancaq "Ağ Blok"un hər hansı bir partiyanın adına iddiası yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının keçmiş divan üzvü, "Ağ Blok"un təmsilçisi Tural Abbaslı deyib.
Tural Abbaslı qeyd edib ki, biz müxtəlif partiyalarda təmsil olunmuş insanlarla birgə seçki prosesinə qoşulmuşuq: "Bütün göstərdiyim amillər bizimlə Razi bəyin təşkilatı arasında siyasi bənzərliyin olmadığını açıq ortaya qoyur. Bir blok olaraq müxalifətdaxili narazılıqlara və çəkişmələrə qarışmamağa çalışırıq. Hədəf və istiqamətləri bizim qarşıya qoyduğumuz məqsədlərlə üst-üstə düşən bütün real müxalif təsisatlarla əməkdaşlığın tərəfdarıyıq. Gələcəkdə kiminlə əməkdaşlıq edib- etməmək qərarını isə zamanla bəyan edəcəyik".
sia.az