PDF Oxu

Müxalifət

  • 1 774

AXCP-dən Emin Milliyə CAVAB

image

"Təəssüf edirəm ki, Emin Milli Əbülfəz Elçibəy haqqında bu cür təhqiramiz fikirlər səsləndirib." Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov "Meydan TV"nin aparıcısı Emin Millinin AXC-nin lideri Əbülfəz Elçibəyə qarşı təhqirli ifadələr işlətməsinə münasibətini bildirərkən deyib. AXCP sədrinin müavini Elçibəyin Milli Azadlıq Hərəkatının lideri olduğunu xatırladaraq deyib ki, onun haqqında bu cür məxluqların fikir bildirməsi doğru deyil: "Emin Millinin əxlaqa zidd, qeyri-etik ifadələr səsləndirməsini heç cür bəraət qazandırmaq olmaz".Qeyd edək ki, AXCP sədri Əli Kərimli Emin Millinin Əbülfəz Elçibəyi təhqir etməsinə susqunuluq nümayiş etdirib.

sia.az

Digər xəbərlər