PDF Oxu

Müxalifət

  • 1 619

Cəbhəçiləri Əbülfəz Elçibəyin əleyhinə danışdıran kimdir?

image
"Elçibəyin təhqir olunmasının arxasında dayanan şəxs Əli Kərimlidir"

Əbülfəz Elçibəyin ölümündən sonra AXCP-nin üsul-idarəsi tamamilə dəyişdi desək, yanılmarıq. Partiyada bütün humanizm prisnsipləri öldü, regionçuluq, yerlipərəstlik ən pik həddə çatdı. Cəbhəçilərin maddi durumu pisləşdikcə partiya rəhbəri daha da varlandı. Cəbhəçilərin övladları adi velosipedə həsrətə qaldığı bir vaxtda AXCP sədrinin oğlu Londonda dəbdəbəli həyat yaşadı, 150-200 min dollarlıq maşınlarla "lotu"luq etdi. Bu, bu günün reallığıdır. Təsadüfi deyil ki, hazırda AXCP-də kütləvi istefalar elə bir həddə çatıb ki, partiyada barmaqla sayılacaq qədər adam qalıb, ya da qalmayıb. Lakin AXCP-də daha ürəkağrıdan bir ab-hava yaradılıb. Vəziyyət o həddə çatıb ki, partiyada öz liderlərinin əleyhinə geniş kompramatlar hazırlanır. Nə üçün və bu kompramatların arxasında kimlər dayanır? Söhbət Əbülfəz Elçibəydən gedir.

AXCP-dən istefa verən Sabir Məmmədov bildirib ki, Əli Kərimli özündən yeganə lider obrazı yaratmaq istədi: "Amma alınmadı. O, 15 ildir partiya sədri olsa da, cəbhəçilər hələ də Elçibəyə daha çox hörmət edirlər. Hətta elə məqam olur ki, Əli Kərimli Elçibəyi qısqanır. Deyir ki, iclasda daha çox mənim xidmətlərimdən danışın. Axı onun nə xidməti olub ki, danışsınlar?"

Şübhəsiz ki, bu gün cəbhəçilərin Elçibəyi "cinayətkar" adlandırmasının, onu aşağılamasının arxasında dayanan əsas şəxs Əli Kərimlidir. Bu, bəlli məsələdir. Hətta bəzən 20 yaşlı bir gəncə informasiya verib onu Elçibəyin əleyhinə danışdırmaq da onun papağının altından çıxır.

Emin Milli: "Xalq bu müxalifətdən həmişə şübhələnib"

Keçək başqa bir fakta. İki gün öncə Meydan TV-nin rəhbəri Emin Milli də Elçibəyi təhqir etdi, aşağıladı. Əbülfəz Elçibəyin vəfatı günü Meydan TV-nin saytında iki il əvvəl başqa bir saytda yayılmış yazının təkrar yayılmasından sonra əsl mübahisələr başlayıb. Yalçın Nəsirov adlı müəllifin "Kələki çıxmazı" adlı yazısının saytda yayılması Elçibəysevərlərin etirazları ilə qarşılanıb. Emin Milli isə özünü müdafiə etmək üçün avqustun 22-23-də sosial şəbəkələrdə dalbadal bir neçə status yazıb, Əbülfəz Elçibəyə qarşı fikirlər səsləndirib. Məsələn, o, Əbülfəz Elçibəyi "cinayətkar" adlandırıb. Emin Milli Əbülfəz Elçibəy haqqında "Tarix onu heç vaxt bağışlamayacaq" yazıb.

Meydan TV-nin rəhbəri son statusunda isə Elçibəy yazmağa da lüzum görməyib: "Mövcud müxalifətin Əbülfəz Əliyev haqqında xalqın bildiyi həqiqəti xalqa deməməsi, əksinə həqiqəti ört-basdır etmələri, xalqı bu muxalifətdən həmişə şübhələndirib. Həbsdə olanda və rayonlarda, müxtəlif yerlərdə və zamanlarda özüm bunun şahidi olmuşam".

Samir