PDF Oxu

Müxalifət

  • 1 745

Müxalifəti növbəti seçki məğlubiyyəti gözləyir

image

Tahir Kərimli: "Müxalif qüvvələr xalqın inamını itirmiş yalançılardır"

Müxalifət daxilində ağır, böhranlı durum əksər partiyaların sıradan çıxmasına gətirib çıxarıb. Bu gün müxalifət düşəgəsində iddialı partiyalar indidən demək olar ki, bu il keçiriləcək parlament seçkilərində müxalifət növbəti acınacaqlı məğlubiyyətini yaşayacaqlar. Bunun da günahkarı təbii ki, yenə də, Müsavatla AXCP olacaq. Çünki bu iki partiya arasında amansız mübarizə ümumi müxalifətin gözdən düşməsinə və ictimai-siyasi proseslərdən kənarda qalmasına gətirib çıxarıb.

Vəhdət partiyasının sədri Tahir Kərimli "SƏS"ə açıqlamasında qeyd edib ki, AXCP ilə Müsavat arasında olan gərginlik uzunmüddətli problematik məsələlərdən qaynaqlanıb: "Artıq uzun illərdir ki, bu iki partiya arasında qarşıdurmalar olub. Qarşıdurmaların nə vaxt aradan qalxacağı isə sual altındadır. Ümumiyyətlə, müxalifət düşərgəsində pərakəndəliyin və dağınıqlığın başlıca səbəblərinin həmin partiyalara rəhbərlik edən liderlərin böyük iddialarla çıxış etmələridir. Məhz buna görə də, müxalifət qüvvələr birləşə bilmir və birləşə bilməsi də mümkün deyil. Ona görə də, həmin partiya rəhbərləri xalqı inandırmağa çalışmasınlar ki, doğurdan da bunlar tam səmimidilər və bir-birinə güzəştə getməyə hazırdılar".

Partiya sədrinin sözlərinə görə, müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyalarla yaşayaraq ümid edirlər ki, nə vaxtsa onlar da nəyəsə nail ola biləcəklər: "Amma onların bu arzuları heç vaxt həyata keçməyəcək. Çünki müxalif qüvvələr xalqın inamını itirmiş yalançılardır".

T.Kərimli onu da bildirdi ki, müxalifət qüvvələrinin keçirdikləri mitinqlər zamanı iştirakçıların sayının həddindən artıq az olması bir daha sübut etdi ki, müxalifət cəmiyyət tərəfindən dəstəklənmir: "Sözügedən qüvvələr öz tərəfdaşlarını sürətlə itirirlər. Dağıdıcı müxalifət düşərgəsini təmsil edən partiyalar uzun illərdir ki, fəaliyyət göstərirlər. Amma həmin partiyalar bu illər ərzində bütün seçkiləri uduzublar. Belə olan halda təbii ki, gərək sözügedən partiyalara rəhbərlik edən liderlər istefa verərək tamamilə siyasətdən çıxıb getməlidirlər. Dağıdıcı qüvvələri iflasa uğrasalar belə, yenə də heç nə olmamış kimi rəhbərlik etdikləri partiyalarda öz fəaliyyətlərini davam etdirməkdədilər. Bu da həmin partiyalarda demokratiyanın olmamasından xəbər verir".

GÜLYANƏ

Digər xəbərlər