PDF Oxu

Müxalifət

  • 2 041

Rüstəm İbrahimbəyov yenə də susur...

image
Uzun müddətdir ki, səsi-sədası gəlməyən "Milli Şura"nın "fəxri sədri" Rüstəm İbrahimbəyov yenə də susmağında israrlı olduğunu nümayiş etdirməkdədir. Hətta bu gün Əli Kərimli və onun kimi səs-küyçülər Leyla Yunus haqqında boğazlarını yıtrmalarına rəğmən, İbrahimbəyov bu prosesə də münasibət bildirmir. İlk baxışdan isə görünən budur ki, qoca kinorejissor artıq əlini hər şeydən üzüb. Baxmayaraq ki, həmin bu Leyla Yunus ötən prezident seçkilərində, yəni İbrahimbəyov Cəmil Həsənlidən qabaq namizəd seçiləndə onun buna layiq olduğunu bar-bar bağırırdı. Məsələn, deyirdi ki, "İbrahimbəyova hamı - Astaradan Qubaya, Qazaxdan Salyana qədər və siyasi baxışlarından asılı olmayan hər kəs səs verəcək, çünki o birləşdirən fiqurdur. Nəhayət, Rüstəm İbrahimbəyov qorxmayacaq və hakimiyyətin təzyiqinə tab gətirəcək bir insandır".

İndi isə fakt budur ki, hətta onun haqqında bərli-bəzəkli sözlər deyib pafoslar qatan Leyla Yunusun məhkəməsi keçirilsə də, hələ bu günə kimi bu satqın vətən xaininə dəstək verməkdən, hətta qarşıdakı parlament seçkilərinə dair də hər hansı mövqe bildirməkdən çəkinir Rüstəm İbrahimbəyov. Demək, belə çıxır ki, əslində, o, heç nəyə tab gətirən adam-zad deyilmiş! Bu, öz yerində...

Necə deyərlər, bu da bu!

Hələ bu harasıdır? Leyla Yunus vaxtilə onu da bar-bar bağırırdı ki, əgər Rüstəm İbrahimbəyov keçid dövründə ölkəyə rəhbərlik etsə, ikicə ilə islahatlar aparıb, müxalifətçiləri ağ günə çıxaracaq. Amma nəyi gördük? Gördük ki, bu adam Allahın sənədləşmə işlərini belə axıra kimi görüb-qurtara bilmir! Məsələn, vətəndaşlıq məsələsini çözə bilmədi və yerini verdi Cəmil Həsənliyə. Necə deyərlər, bu da bu!

Ancaq bu da son deyil. Əgər Leyla Yunus iddia edirdisə ki, Rüstəm İbrahimbəyov qorxmazdır, geri çəkilməzdir-filandır, yaxşı, onda nəyə görə bu günə qədər gedib gizlənib xaricdə və Azərbaycana gəlməkdən qorxur? Görmüşük ki, qorxmaz, mübariz adam heç nəyə fikir vermədən, hətta həyatı təhlükəyə düşərsə belə, atacağı addımını atar. Bu da baş vermədi. Demək, Rüstəm İbrahimbəyov həm də qorxaqdır! Və bu qorxaqlığını bu günlərdə ona verilən sualın cavabı ilə bir daha təsdiqləyib: "Mən məşğulam, cavab verə bilməyəcəyəm".

Bir də necə cavab versin, axı ermənilər qarşısında etimadı itirə bilər. Məsələ aydındır, ay sənin fıştırığın qoşa gəlsin. Elə yaxşısı budur ki, sus və danışma.

Ü.ƏSGƏROV