PDF Oxu

Müxalifət

  • 1 896

Meydan TV-nin rəhbərini yıxıb-sürüdülər

image
"Emin Millinin səviyyəsi bu qədərdir"

Fuad Qəhrəmanlı: "Emin Milli "milli geydir"

Meydan TV rəhbəri Emin Millinin Elçibəy haqqında dedikləri, onu "cinayətkar" adlandırması növbəti qalmaqala səbəb olub. Belə ki, Elçibəyi təhqir etdiyinə görə sosial şəbəkələrdə özü də təhqirlərə məruz qalan Emin Milliyə bu dəfə Azərbaycan Birliyinin idarə heyətinin üzvü, tarixçi Mehriban Vəzir cavab verib: "Onu qınayıram. Duyğularını hər kəs öz səviyyələrinə, bilgilərinə uyğun ifadə edir. Azərbaycanda vətəndaşların öz günah, xətalarını görmək istəmirlər. Özlərini qınamağa gücləri çatmır. Ən asan şey başqasını ittiham etməkdir. Hər kəs öz səviyyəsinə görə ifadə edir. Elçibəyin böyük dövlət xadimi olduğunu görmək üçün, bir az o səviyyəyə yaxın olmaq lazımdır. Bunun üçün böyümək, prosesləri bilmək lazımdır. Ən asanı kimisə söyməkdir".

M.Vəzir Emin Millinin mühacirətdə olmasına da toxundu: "Emin Millinin depressiyaya düşməsinə səbəb odur ki, o öz cəmiyyətində yaşaya bilmir. O, böhran vəziyyətindədir, psixologiyası yerində deyil. Böhran vəziyyətdə olan insan təbii ki, normal düşünə bilməyəcək. Elçibəy hakimiyyəti dövründə əldə olunan nailiyyətləri, qazandığımız demokratik ənənələri Emin Milli kimilərinin ucbatından itirdik. Biz öz əlimizdə olanı saxlaya bilmiriksə, niyə də Elçibəyi qınamalıyıq? Məncə, Elçibəyə hörmətsizlik edən, ilk növbədə, özünə hörmətsizlik edir".

M.Vəzir E.Millinin müxalifət barədə dediklərinə də münasibət bildirdi: "Tam cəfəngiyyat fikirlərdir. Ciddi əsasları yoxdur. Emin Millinin səviyyəsi bu qədərdir, bilik səviyyəsi də bu qədərdir. Bu belə danışırsa, digərlərindən nəsə gözləmək lazım deyil".

Emin Millinin söylədiyi fikirlərə görə qınayanlardan biri də Fuad Qəhrəmanlı olub. O, sosial şəbəkələrdə yazdığı statuslarda E.Millini "milli gey" adlandıraraq aşağılayıb. Ardınca da Elçibəy haqqında bir yazı yazıb.

M.Vəzirin və F.Qəhrəmanlının iradlarına E.Milli hələ ki, cavab verməyib.

Samir