"Partiyanı Əli Kərimlidən alacağımı bəyan etdiyim gündən Əli Kərimli tərəfindən "Azadlıq" qəzetində və sosial şəbəkədə ittihamlar dolu müxtəlif imzalarla yazılar hər gün yeniləri ilə əvəz olunur"-bu fikirləri AXCP sədrinin keçmiş müavini AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev "SƏS"ə açıqlamasında bildirib. Qeyd edib ki, növbəti yazı avqustun 25-də "Azadlıq"da Elçin Həsənov adlı cəbhəçi gəncin adından verilib və maraqlısı da odur ki, hər şeyi "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə əlaqələndirir: "Maraqlıdır ki, az qala ayın tutulmasını, yağış yağmasını belə "Yeni Müsavat" qəzetinin, qəzetin baş redaktoru Rauf Arifoğlunun adı ilə bağlamaq nə qədər absurddur. Elçin Həsənovun adından "Azadlıq"da iddia olunub ki, guya Razi Nurullayev AXCP-dən hər istefaya görə Rauf Arifoğluna pul ödəyir. Özü də guya ki, bu barədə mən Elçin Həsənova şəxsən özüm bildirmişəm. Göründüyü kimi, bütün bunlar Əli Kərimlinin diktəsi ilə yazılan sərsəmləmələrdir".
R.Nurullayev onu da bildirdi ki, görünür, Əli Kərimlinin içi yaman göynəyir: "Niyə də göynəməsin? İnsanın içi göynəyəndə, siyasi biznesi əlindən çıxanda, oynadığı oyunlar alt-üst olanda sərsəmləməyə başlayır. Adına belə dilimi bulaşdırmaq istəmədiyim o şəxs, ən yaxşısı gedib aptekdən dərman alıb atsın. Sərsəmləməyin sonu şizofreniyadır. Digər tərəfdən, düşünürəm ki, araq içib, dalınca da namaz qılan bir şəxsi Allah da bağışlamaz".
Əli Kərimli siyasi riyakar olmaqla, həm də din adına oyunbazdır
R.Nurullayev onu da açıqlayıb ki, Əli Kərimli təkcə siyasi riyakar deyil, həm də din adına oyunbazdır: "Qoy insanlar bilsin ki, o, yalnız siyasi riyakar deyil. Həm də din adına oyunbazdır. Guya namaz qılır. Amma o, partlayana qədər doyunca araq içir və səndələyə-səndələyə namaz qılmağa gedir. Qoy buna dinçilər qiymət versinlər. Bunu isə AXCP-də bilməyən yoxdur. Çox gözlədim ki, bunu deməyim. Amma daha dedim. Dinimizə görə o, kafirdir. İçkili-içkili namaz qılmaq çox böyük günahdır. Bunu bilən cəbhəçilərə səslənirəm. Əli Kərimlinin diktəsi ilə oturub-durmayın, az qalıb, yaxın günlərdə Allah Əli Kərimlinin cəzasını verəcək".
R.Nurullayev təəssüflə onu da bildirib ki, söz azadlığına xidmət edəcək və xalqın səsinə çevriləcək bir qəzet, ümumilikdə isə xalqa azadlıqdan və ədalətdən danışan "Azadlıq" qəzeti hazırda Əli Kərimlinin əlində girova çevrilib: "Bu gün "Azadlıq" qəzeti yalnız Əli Kərimliyə xidmət edir. Bu qəzetdə heç bir yazı və ya məqalə Əli Kərimlinin icazəsi olmadan gedə bilməz. Çox təəssüf ki, Əli Kərimli "Azadlıq" qəzetini özünün girovuna çevirib. Əgər bu gün Əli Kərimli Azərbaycanda söz azadlığı və demokratiyadan, müxalifətin televiziyalara buraxılmamasından danışırsa, eyni zamanda müxalifət adına iddia edilən "Azadlıq" qəzetinə də yaxın düşə bilmirik. Çünki "Azadlıq" qəzetinə düşmək üçün Əli Kərimlini tərifləmək lazımdır. Bütün bu faktlar isə ən böyük demokratiya pozuntusudur. "Azadlıq" qəzetində çalışan hər bir kəs özünə sual verməlidir: Mən Azərbaycan xalqına xidmət edirəm, yoxsa Əli Kərimliyə? Əli Kərimliyə bu gün xidmət etməyin heç bir əsası yoxdur".
R.Nurullayev AXCP-nin möhürünün alınmasında israr etdiklərini də bildirdi: "Ədliyyə Nazirliyinə müraciət edib möhürü alacağıq. Bunun üçün müharibə aparmaq lazım gəlsə, müharibə aparacağıq, döyüşmək lazım gəlsə, döyüşəcəyik, hüquqi müstəvidə nə lazımdırsa, onu da edəcəyik. Biz mütləq AXCP-ni Əli Kərimlidən azad edəcəyik. Çünki Əli Kərimli hüquqi və mənəvi cəhətdən AXCP sədri olmağa layiq deyil. Əli Kərimli AXCP-də parçalanmanın əsasını qoyub və bu gün də davam etdirir. Hesab edirəm ki, onun partiya sədri kimi fəaliyyətinə son qoyulacaq. Əli Kərimli vaxtilə "Yurd" təşkilatı yaradıb. Yaxşı olar ki, gedib öz təşkilatını yenidən fəaliyyətə başlatsın".
Sonda isə, onu deyək ki, bu gün Azərbaycanda da yayımlanan "Azadlıq" radiosunun daxilindən şizofrenik Əli Kərimli kiminin çıxması, əslində, həmin media qurumunun iç üzüdür.
Ü.ƏSGƏROV