PDF Oxu

Müxalifət

  • 1 592

Sabir Rüstəmxanlı: “PKK ilə ASALA arasında əlaqələr var” AÇIQLAMA

image

"Bu gün Türkiyədə Türk, Kürd adı ilə yaşayan ermənilər var". Bunu SİA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.Onun sözlərinə görə, Türkiyənin Van, Bitlis şəhərlərinin bələdiyyə sədrlərinin Ermənistandakı qondarma "soyqırım" abidəsini ziyarət etmələri onların erməni əsilli olduğundan xəbər verir: "Məlumdur ki, PKK ilə erməni ASALA-sı arasında əlaqələr var. Öcalanın özünün erməni qanı ilə qarışıq olması və digər bağlılıqlar hamıya məlumdur. Ona görə də, PKK-nın ermənilərlə bağlılığı təsadüfi deyilir. Əsl Türk bələdiyyə sədri Ermənistana gedərək qondarma "erməni soyqırımı abidəsi"ni ziyarət etməz. Dünyada Türk düşmənləri asanlıqla birləşirlər. İstər onlar erməni ASALA-dan olsun, istər PKK-dan olsun, istər gizlin təşkilatların nümayəndəsi, istərsə də Avropada yaşayan Türk düşmənləri olsun onlar çox asanlıqla birləşirlər. Çünki, Türk güclüdür, Avrasiyanın sahibidir, tarixən bu bölgədə güclü dövlətlər yaratmış, mədəniyyət qurmuş, xalqları qanadının altına alaraq qorumuş bir xalqdır. Təəssüf ki, Türkün çörəyinin duzu azdır, çünki sonradan onun düşməni olur. Ona görə də, onların bir yerdə olması, bir- birinə qanad verməsi Türkün nə tarixi rolunu azaldar, nə də gələcəyinə kölgə salar".

sia.az

Digər xəbərlər