PDF Oxu

Müxalifət

  • 1 642

Səxavət Əlisoy ittihamlara cavab verdi AÇIQLAMA

image

"Yalnız ləyaqətdən uzaq olan insanlar başqalarını satqın adlandıra bilər". Bu sözləriSİA-ya keçmiş müsavatçı Səxavət Əlisoy Müsavat rəhbərinin və onun müavinlərinin Ədliyyə Nazirliyinə müraciət etmiş müsavatçıları satqın və xəyanətkar kimi qiymətləndirməsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, insanları satqınçılıqda ittiham etmək çox gülüncdür: "Bu gün Müsavat partiyasında cəmiyyətin tanıdığı 2-3 adam qalıb. Onlar bütün problemlərini ADR (Azərbaycan Demokratik Rifah) hərəkatının üstündə görür, ADR hərəkatı ilə bağlayırlar. Partiyadan çıxarılmış şəxslər ömrünün 15-20 ilini partiyaya həsr ediblər. Həmin insanlar azad sözə, fikrə qarşı gələn bir dəstə tərəfindən partiyadan uzaqlaşdırılıblar. Bu zaman Müsavat partiyasının üzvləri Ədliyyə Nazirliyinə, lazım gələrsə məhkəməyə də müraciət edə bilər. Burada istisna hal yoxdur. Satqın olan insanlar başqalarını da satqın adlandırırlar".

sia.az

Digər xəbərlər