PDF Oxu

Müxalifət

  • 1 926

KÖŞƏ Avropa Məhkəməsi ondan razı olsun

image

Müxalifətdə kimsə bir xeyirli iş görsə, hamısı bir ağızdan "Avropa Məhkəməsi ondan razı olsun" deyir. Şults razı olsun, Ştrasser razı olsun, nə bilim, "Human Rights Watch" razı olsun və sairə. Xədicə İsmayıl sonuncu məhkəməsində kartof satdıqlarını da etiraf edib və məhkəməyə deyib ki, elə hökm çıxarın ki, Avropa Məhkəməsində gülməsinlər. Bu da bir təzyiq vasitəsidir. "Hörmətli" XƏ DJ demək istəyir ki, siz nə qərar çıxarmağınızdan asılı olmayaraq onsuz da işi Avropaya göndərəcəyik. Eybi yoxdur, göndərin. Dünyada 236 dövlət var, bu dövlətlərin hər birindən gün ərzində Avropa Məhkəməsinə 5-6 şikayət gəlir. Biri də səninki olsun. Sənə növbə çatana qədər iş-işdən keçər. Tak şto, başını aşağı sal (türkün məsəli), cəzanı çək. Vaxt da güllə kimi uçub gedəcək.

İbrahim İbrahimlinin məhkəmədə iştirak etməsi isə lap həngamə olub, Şahvələd Çobanınoğlundan tutmuş başqa xırda-mırdaya qədər hamısı orda idi. Bir sözlə, Ağır Cinayətlərin qarşısındakı çayxanın stollarını bir təhər doldurdular. Ofisiantla dalaşan sonunda cəbhəçinin "istefa" bəyanatlarının da şahidi olduq. Artıq öyrəniblər, kiminlə dalaşırlarsa, "istefa" deyə anqırırlar. Ofisiant "istefa" sözünü eşidib necə qaçdısa, bəlkə heç işə bir də gələsi olmadı. O, nə bilir "istefa" nədir. Qorxub qaçıb ki, bu söz nəsə ağır bir şeyə oxşayır.

Bir neçə maraqlı nüansı qeyd edək. Xədicənin işində zərərçəkmiş şəxs Tural Mustafayevin atası Mustafayev Bulut Bahadur oğlu şahid ifadəsində bildirib ki, ailəsi ilə birgə Göyçay şəhərində yaşayır, Mustafayev Tural Bulut oğlu onun yeganə övladıdır. Tural 2000-ci ildə Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbi demək olar ki, əla qiymətlərlə bitirib, məktəbə 6 yaşında gedib, oxuduğu dövrdə müəllimlərinin sevimlisi olub. Onun sağlamlığı, psixoloji durumu ilə bağlı heç bir problemi olmayıb, ağıllı, sakit uşaq olub. Söhbət zamanı Bulut kişinin gəlini Şəfa Turalın Bakıda kimlərəsə qoşulduğunu, onun günü-gündən dəyişdiyini, uşaqlarından, ondan soyuduğunu, ona görə də ailəni qoruyub saxlamaq xatirinə Bakıya, Turalın yanına getmək istədiyini bildirib. Daha sonra da Bakıya gedib. Lakin təxminən 2013-cü ilin noyabr ayında Tural "Azadlıq" Radiosundan öz ərizəsi ilə işdən çıxıb. Atası bildirib ki, Tural işdən çıxmasının səbəbi kimi X.İsmayıl ilə aralarında yaranan narazılığı göstərib. Narazılığın səbəbini soruşsa da bu barədə bir söz deməyib. Tural, sadəcə, olaraq onu bildirib ki, X.İsmayıl ilə aralarında narazılıq olub, onsuz da Xədicə onu orada işləməyə qoymayacaq, ona görə də radiodakı işindən uzaqlaşıb. Təxminən 2014-cü ilin yanvar ayının əvvəllərində Tural Xədicə ilə münasibətlərinin yenidən düzəldiyini və onun köməkliyi ilə "Meydan" televiziyasına işə düzəldiyini bildirib. Söhbətlərin birində "Meydan TV"nin rəhbəri Emin Millinin Almaniyada yaşadığını, X.İsmayıl ilə münasibətlərinin çox yaxın olduğunu, dost olduqlarını deyib. Gəlini Şəfa da təxminən 2014-cü ilin əvvəllərində uşaqları ilə birlikdə Bakıya gəlib. Bakıda yaşadıqları dövrdə Turalla gəlinin arasında elə bir ciddi narazılıq olmasını eşitməyib. Ancaq Şəfa həmin dövrdə Turalın spirtli içki içməsini, evə gec gəlməsini, bəzən isə ümumiyyətlə gəlməməsini, tamam dəyişdiyini bildirib. Oğlu Tural əvvəllər namaz qılıb, spirtli içki içmədiyindən, birdən-birə içki içməsini başa düşə bilməyib, özündən soruşanda Tural bunları boynuna almayıb. Atası deyib ki, Tural "Azadlıq" Radiosuna işə girdiyi dövrdən namazdan uzaqlaşıb, Bakıya gedəndən sonra tamam dəyişib.

Eşitdiyimə görə, AXCP-də çox adam Xədicədən qorxur. Ən çox isə Əli Kərimli hürkür. Onu müdafiə etmələri də məhz ona görədir. Bəs Əli Kərimli niyə qorxur? Onların Lerik macəralarından sonra Əlidə belə bir qorxu yaranıb. Bu haqda növbəti dəfə.

Samir

Digər xəbərlər