PDF Oxu

Müxalifət

  • 1 675

Ermənistan məhvə sürüklənir

image

Elşad Mirbəşiroğlu: "ATƏT-in Minsk Qrupunun həmsədrləri işğalçı ölkə olan Ermənistanı tutduğu qeyri-konstruktiv mövqeyindən çəkindirməlidir"

Beynəlxalq güclərin, eləcə də ATƏT-in Minsk Qurupu həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili yanaşmalrı Ermənistnın işğalçılıq siyasətini davam etdirməyə həvəsləndirib. Bu da Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir ki, dondurulmuş münaqişə olaraq qalmasına gətirib çıxarıb. Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfinin mövqei məlum olduğu halda Ermənistanın mövqei bəlli deyil: "Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının tərəfdarıdır. Danışıqlar isə uzun müddət davam edə bilməz. Azərbaycanın güclənməsindən işğalçı ölkə olan Ermənistan təşvişə düşür. Bu gün həm də Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tamamilə tərk edir. Bunun da əsas səbəbi hakim rejimin korrupsiya çirkabına bulaşması və orada yaşamaq üçün heç bir şəraitin olmaması ilə bağlıdır. Artıq ermənilər dərk edirlər ki, əgər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında müharibə başlasa, bu müharibədə Ermənistanın məğlubiyyəti labüddür. Yəni Ermənistan məğlub olacaqdır. Belə olan halda da ermənilər fəlakətə sürüklənəcəklər. Ermənistanın heç bir gücü yoxdur ki, güclənməkdə olan Azərbaycan ordusunun qarşısına çıxsın".

"Rusiyanın təsiri altında olan Sarkisyan rejimi ATƏT-in Minsk Qrupunun sülh təklifinə nə dərəcədə razılıq verə bilər" sualına cavab olaraq politoloq vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyində məsələlərə daha çox nəzarəti həyata keçirən məhz Rusiya tərəfidir: "Bu günə qədər Rusiya tərəfinin təşkilatçılığı ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar aparılıb. Amma irəliyə doğru heç bir nəticə olmayıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri işğalçı ölkə olan Ermənistanı tutduğu qeyri-konstruktiv mövqeyindən çəkindirməli idi. Çünki ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi tərəf kimi üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər yerinə yetirilmirsə, bu halda həmsədrlərin tərkibi dəyişdirilməlidir. Qısaca onu demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti fəaliyyətsizlikdən başqa bir şey deyil".

GÜLYANƏ

Digər xəbərlər