Yenə də eyni ssenari, eyni gediş. Artıq neçənci dəfədir ki, "Milli Şura"nın "fəxri sədri" Rüstəm İbrahimbəyovun ölkəyə qayıdacağı haqda xəbərlər yayılır. Hansı ki, bu şəxs daha öncələr də "gəlirəm" deməklə, ətrafındakıları aldadıb. Necə deyərlər, gözlərinin kökünü saraldıb. Lap Rəsul Quliyev kimi...
Ancaq görünən budur ki, Rəsul Quliyev bir neçə il öncə ən yaxşı halda Ukraynya qədər yaxınlaşsa da, İbrahimbəyov da uzağı Tbilisiyə qədər gəlib çıxıb. Fəqət, onun ölkə sərhədlərinə qədər qayıtması da nə onun özünə, nə də ki, müxalifətə heç bir səmərə verməyib.
Amma bu gün də tam əminliklə demək olar ki, Rüstəm İbrahimbəyov ölkəmiz, dövlətimiz əleyhinə siyasətini davam etdirməkdə israrlı görünür. Çünki bu amil artıq onun hobbisinə çevrilib. Məsələn, gəlin onun bir neçə ay öncə Rusiyanın "Rosbalt" agentliyinə verdiyi müsahibəsini xatırllayaq. Heç də xalqımızın milli mənafelərinə qənim kəsilən Əkrəm Əylislidən fərqli olmayaraq, ermənipərəstlik mövqeyini ortaya qoyan İbrahimbəyov sözügedən müsahibəsində ermənilərə haqq qazandırmaqla yanaşı, əzəli Qarabağ torpqalarımızı mübahisəli ərazi kimi təqdim etmişdi. Hansı ki, bu torpaqlar uğrunda minlərlə şəhidimiz, qaçqınımız oldu, qanlar töküldü və s. O da sirr deyil ki, Rüstəm İbrahimbəyovun yaxın keçmişdə ermənilərə olan sevgisi əksəriyyətə bəllidir. Məsələn, bu, həmin Rüstəm İbrahimbəyovdur ki, ermənilərin Bakını tərk etmələrindən təəssüfünü gizlətməmiş, ermənilərsiz Bkının intellektual potensialının "aşağı düşdüyünü", xalqın elitasının "olmadığını" iddia etmişdi. Rüstəm İbrahimbəyov Azərbaycan ziyalısına yaraşmayan şəkildə bildirirdi ki, o, Bakını tərk etmiş ermənilərin xiffətini çəkir, onların həsrəti ilə yaşayır, hətta gecələr gözünə yuxu belə getmir...
Həmçinin, İbrahimbəyovun Dağlıq Qarabağdan olan və ultramillətçi Daşnaksütyun partiyasına bağlılığı ilə tanınan rejissor Roman Balayanla əlaqələri də mövcuddur. Hətta İbrahimbəyov Roman Balayanla birlikdə ermənilərin "üstünlüyünü" təbliğ edən konofilm çəkməkdən də imtina etməyib. Sonradan isə kinorejissor əli minlərlə azərbaycanlının qanına batmış Ermənistan Daşnaksütyun partiyasının rəsmisini həmkar adı ilə Rusiyaya dəvət edib. Rusiya, Fransa, ABŞ-da tez-tez səfərlərdə olan İbrahimbəyovun bu ölkələrdəki erməni həmkarları ilə görüşdüyü, onlarla yaxın təmaslara malik olması, zəngin süfrələr başında yeyib-içməsi də söz yox ki, danılmaz sübutlardır. Məhz bu baxımdan, qənaətə gəlmək olar ki, bu qoca kinorejissor da bəzi neoerməni əylislilər kimi xalqımıza, dövlətimizə xəyanət yolu tutmuş ermənipərəst şəxsdir. Bu gün özünü "ziyalı" adlandıran Rüstəm İbrahimbəyovun çıxışlarında Ermənistanın Azərbaycana düşmən olmadığını vurğulaması, onun həm də onun nə cür "aydın fərd" olmasının əsas göstəricisidir. Bu gün Azərbaycanın 20 faiz torpağı işğal edildiyi, 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz olduğu halda Rüstəm İbrahimbəyovun bu cür zərərli, Azərbaycanın milli maraqlarına zidd olan açıqlamalar verməsi yolverilməzdir. Beləliklə, bir daha əminliklə demək mümkündür ki, bu fərd indi də 2015-ci il parlament seçkilərinə ümid bəsləyərək, "gəlirəm" tipli "qayıdış" ssenarisini hazırlayır. Ancaq söz yox ki, bu da olmayacaq. Çünki İbrahimbəyov ssenariləri Ermənistanda, Rusiyada, ABŞ-da keçə bilər, əlbəttə ki, Azərbaycandan başqa...
RƏFİQƏ