PDF Oxu

Müxalifət

  • 1 778

"Demokratiya naminə" xəyanət

image

Bu status bilavasitə Xədicə İsmayıla aiddir

"Demokratiya" sözünü öz inhisarına almağa çalışan radikal müxalifət yeri gəldi-gəlmədi xarici anti-azərbaycançı dairələrin bunların beyinlərinə yeritdiklərini elə bu ad altında nümayiş etdirməyə çalışır. Danışanın dilini kəsən, vətəndaşının üstünə it qısqırdan, adamını at ayaqlarının altında xıncım etdirən, milli-mənəvi dəyərlərini yalnız tarix kitablarında axtaran Qərbin ixrac məhsuluna çevrilən bu demokratiya deyilən nəsnə bizim bəzi "azarkeşlərin" sığınacaq mənbəyinə çevrilir. Əslində, nə tələb etdiklərinin özləri belə fərqində deyillər. O mənada ki, onların tələb etdikləri birmənalı şəkildə illərdir ki, Azərbaycanda bərqərar olmuş hüquq və azadlıqlardır. Sadəcə, xarici dairələrin əli-qolu bağlı qulu kimi özünü sağa-sola çırpan bəziləri üçün "demokratiya" pərdəsi satqınlığın, xəyanətin örtüyünə çevrilir, onu gizlətmək üçün istifadə olunur.

Xatırlatmaq yerinə düşər ki, istər Bakıda keçirilən "Eurovision" musiqi yarışması, istərsə də İlk Avropa Oyunları zamanı həmin xarici dairələrin "demokratiyasının şəyirdləri" qismində özünü yeyib-tökən bəzi insanlar təxribat xarakterli bir kampaniya başlatmışdılar. Həmin kampaniyanın adını "demokratiya naminə oxu" qoyan bu insanlar dərk etmirdilər ki, oynadıqları oyunların məğzi hər kəsə bəllidir. Azərbaycan vətəndaşları xalqı, dövləti satmaq, ölkənin əldə etdiyi uğura ləkə yaxmaq üçün yaxa cıran bu insanların hansı məzhəbə qulluq etdiyini anlayırdı. Maraqlıdır ki, onların xəyəntkar oyunları heç xarici ölkələrdən gələn qonaqların belə diqqətini cəlb edə bilmirdi. Çünki bütün dünya bunların savadsızlığına, kütlüyünə və məntiqsizliyinə gülürdü. O səbəbdən ki, bir musiqi yarışmasını siyasi oyunların girdabına salmaq istəyi onların əsl məqsədlərindən xəbər verirdi və onlar öz kimliklərini elə açıq büruzə vermişdilər ki, yalançı demokratların bütün çirkinlikləri üzlərinə yayılmışdı.

İndi də buna oxşar bir vəziyyət yaranıb. Ölkəmizdə keçriləcək seçkilərə bir neçə ay qalmasına baxmayaraq bəzilərinin demokratiya qazı yenə də fışqırmaq üçün yer axtarır. Hətta qanunu qəsdən pozan, qanunvericiliyin tələbini yerinə yetirməyənlər tapılır ki, bu yalançı demokratiya pərdəsinin altında öz əməllərini gizlətməyə çalışırlar.

Məsələn, ölkə qanunlarını pozan və bunun qarşılığında ölkə qanunvericiliyinə əsasən məsuliyyəti müəyyənləşdirilən Xədicə İsmayılın artıq bir neçə müddətdir ki, məhkəməsi gedir və hər məhkəmə zamanı da öz ətrafında süni ajiotaj yaratmaq və təxribatçılıq cəhdləri etmək istəyir, ancaq heç bir nətəcə əldə edə bilmir. Doğrudur, Xədicə İsmayıl sonuncu məhkəmə zamanı boş yerə səs-küy qaldırmaqla xarici səfirliklərin, bir sıra qərəzli təşkilatların diqqətini özünə tərəf yönəltməyə çalışsa da, heç bi şeyə nail olmayıb. Vəziyyətin belə alınacağını görən Xədicə İsmayıl növbəti məhkəmə zamanı vaxt istəyib. Bu yerdə sual etmək istərdik: "Ötən məhkəmə zamanı Xədicə İsmayıl "qəhrəmanlıq simvolu" düzəltməyə çalışırdın və bildirirdin ki, guya "heç nədən qorxmursan, nə qədər iş verirlər, versinlər". Bu gün nə oldu ki, diz çöküb zaman istəyirsən? Ancaq onu da bilməlisən ki, törətdiyin qanunsuz əməllərinə görə cəzanı çəkməlisən, daha vaxt istəməməlisən.

"Azadlıq" qəzeti, eləcə də "Azadlıq" Radiosu isə onun cinayətlərini ört-basdır etməyə çalışdı

Ancaq görünür, nə Xədicə İsmayıl, nə də "Azadlıq" Radiosunun əməkdaşları bunu anlayıblar. Anlasaydılar məhkəmə prosesində səs-küy salmazdılar. Söz yox ki, Xədicə İsmayıl bu vasitə ilə bir daha sübut edib ki, bu gün onun xəyanətkarlıq əməllərini və digər cinayətlərini məhz "Azadlıq" qəzeti, eləcə də "Azadlıq" Radiosu ört-basdır edir. Ölkənin digər mətbu orqanları isə əsl reallığı yazaraq, onun cinayətlərinin gerçək sifətlərini ictimai rəyin nəzərinə çatdırır. "Azadlıq" qəzeti və "Azadlıq" Radiosu isə daim Azərbaycan əleyhinə işləyən qüvvələrlə iş birliyində olduqları üçün, həmçinin, erməni dəyirmanına su tökdüyü üçün Xədicə İsmayıl üçün bu qədər önəmli olub. Söz yox ki, onun məhkəməsində bir sıra səfirlik əməkdaşlarının da olmasını fürsət bilən Xədicə İsmayıl onların qarşısında guya "əzabkeş müxalifətçi" rolunu oynamağa çalışıb. Hətta qanun pozuntusu qarşılığında ona müəyyən edilən məsuliyyəti belə "demokratiya ağalarına" xidmət üçün əsirgəmir. Beləsinə nə demək olar? Bunların demokratiya anlayışının sərhədlərinin bu qədər dar olması insanda təəccüb doğurur.

Axı, nə gözləyirlər, nə istəyirlər? Ölkədə xaos yaratmaq, özbaşınalıq etmək, xarici ermənipərəst dairələrin təhriki ilə icazəsiz aksiyalar keçirmək və sonda da məsuliyyətdən kənarda qalmaqmı? Törədilən hər bir əməlin məsuliyyəti mövcuddur və demokratik, qanunun aliliyinin təmin olunduğu Azərbaycanda kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Kimlərinsə əli kimlərinsə ətəyindədir deyə onların məsuliyyətdən kənarda qalması mümkün deyil. Demək ki, "demokratiya naminə" edilən xəyanətin, satqınlığın, ara qarışdırmağın cəzası var və bu cəza çəkilməldir. Bu status, bilavasitə Xədicə İsmayıla aiddir.

Ü.ƏSGƏROV

Digər xəbərlər