PDF Oxu

Müxalifət

  • 1 814

Cəbhəçi gənclərə müraciət olundu

image

Səbuhi Əliyev: "Gənclərimiz yeni problemlə üzləşiblər: Əli Kərimli problemi ilə..."

Rəfail Becanov: "Əli Kərimli AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvlərinin tələblərini eşidib istefa verməlidir"

AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin üzvü Səbuhi Əliyev (Aslanbəyli) gənclərə müraciət edib. Müraciətdə qeyd edilir ki, bu gün Azərbaycanın gəncləri yeni bir problemdə üzləşiblər: "Əli Kərimli problemi". Bu virusun qarşısında yeni texnologiyalar belə acizdir. İş prinsipi özünə fanat ordusu, qaragüruh ordusu yetişdirməkdən ibarətdir. Hər bir virusun özəlliyində olduğu kimi bu virus da qazanc mənbəyi kimi istifadədədir. Gəncləri manqurtlaşdırıb özünə xidmət etdirməkdən ötrü min cür dona girir. Azad gənclik! Sizləri maddi durumunuzun ağırlığından, gündəlik həyat qayğılarınızın çoxluğundan öz siyasi məqsədləri ücün yararlanmaq istəyənlərə, saxta müxalifətçilərə inanmamağa dəvət edirəm. Onlar sizlərə öz məkrli planlarını həyata kecirmək ücün siyasi oyuncaq kimi baxırlar. Gəlin Əli Kərimliyə və onun yandaşlarına imkan verməyək ki, gerçək müxalifətin fəaliyyətinə mane olsunlar. Biz gücümüzü birləşdirib real və güclü müxalifətin formalaşmasına nail olmalıyıq".

AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin digər üzvü Rəfail Becanov da AXCP daxilindəki vəziyyətlə bağlı danışıb: "AXCP daxilində yaranmış bütün problemlərin səbəkarı Əli Kərimli olub. İstər ötən zamanlarda baş verənlərə, istər indi baş verənlərə görə məsuliyyəti o daşıyır. Nə vaxtsa bunun təkcə hüquqi deyil, həm də mənəvi cavabını verməli olacaq. Hazırda yaranmış vəziyyətin də səbəkarı Əli Kərimli, onun iddiaları, partiya üzvlərinə qarşı yönələn aqressiyasıdır. Onun yanlış siyasi taktikasına görə partiyada dramatik durum yaranıb. Partiyada aparılan siyasətə etiraz edənlər, gənclər boş yerə etimad qurultayının keçirilməsini tələb etmirlər. Amma hələ ki, çıxış yolu var. Çıxış yolu Əli Kərimliyə və onun ətrafında olanlara etimadsızlıq göstərib Razi Nurullayevi dəstəkləyənləri nə şərləmək, nə də ki, əlində olan qəzetdə yalandan bu adamların partiya üzvü olmadığını yazdırmaq deyil. Əli Kərimli və onun ətrafı hesab edir ki, AXCP-də baş verənlərə görə hakimiyyəti şərləmək, partiyada yaranmış avtoritar duruma etiraz edənləri hakimiyyətə bağlamaqla vəziyyətdən çıxacaq və daha bir neçə müddət AXCP-ni inhisarında saxlayacaq . Ona görə də sağa-sola, kimə gəldi çamur atmaqla məşğuldur. Bu adam ölkənin siyasi həyatı üçün nə edib ki? Rauf Arifoğluna qarşı ən çirkin kampaniyaya şəxsən AXCP sədri rəhbərlik edir. Bu metodlar daha keçərli deyil. Xalq da, cəbhəçilər də onun yalanlarına daha inanası deyillər. Ən yaxşı çıxış yolu AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvlərinin tələblərini eşitmək və istefa verməkdir. Daha sonra birgə qurultayın keçirilməsidir. Əks halda, proses daha da dərinləşəcək. Böhtan, iftira onu və bir qrup tərəfdarını xilas etməyəcək. Heç xarici havadarları da bu dəfə ona istiqamət verə bilməyəcək".

Samir

Digər xəbərlər