PDF Oxu

Müxalifət

  • 1 613

Sülhəddin Əkbərlə "Azadlıq -2015"in yolları rəsmən ayrıldı

image

"Azadlıq-2015" seçki blokunda da iştirak edə bilmərik

Parlament seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsindəki deputatlığa namizədlərlə bağlı siyahılar ətrafında dava-dalaşlar səngimək bilmir. Elə "Azadlıq-2015" seçki bloku da deputatlığa namizədlərinin siyahısını konkret müəyyələnləşdirib bu siyahını açıqlaya bilmir. Düzdür, bloka daxil olan bəzi partiyalar deputatlığa namizədlərinin adını açıqlasalar da, ümumilikdə "Azadlıq-2015"-də xeyli ziddiyətli məqamlar yaranıb. Məsələn, Azad Demokratlar Partiyası (AzDP) "Azadlıq-2015"in siyahısında öz namizədlərinin adını açıqlamayacaq. Bununla bağlı partiya sədri Sülhəddin Əkbərin açıqlamasından aydın olur ki, blokla AzDP-nin yolları ayrılıb.

"Azadlıq-2015" bloku parlament seçkiləri ilə bağlı dairələr üzrə razılaşdırılmış bir neçə partiyadan namizədlərinin ilkin siyahısı açıqlansa da, siyahıda Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbərin adı yoxdur. Sülhəddin Əkbər məsələyə münasibət bildirərkən qeyd edib ki, partiyanın seçkidə iştirakı üçün rəsmi dövlət qeydiyyatı lazımdır: "Azadlıq-2015" adından bilindiyi kimi, seçki blokudur. Seçkidə iştirak etməyəcəyiksə, seçki blokunda da iştirak edə bilmərik. Digər tərəfdən, bizim yeni yaratdığımız Azad Demokratlar Partiyası hələ ki, dövlət qeydiyyatına alınmayıb. AzDP seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı qərar uzun müddətdir müzakirə edilir. Məsələ ilə bağlı qərar Ali Məclisdə qəbul olunacaq. Əgər seçkidə iştirak etməməklə bağlı qərar qəbul olunarsa, o zaman təbii ki, "Azadlıq-2015" seçki blokunda da iştirak edə bilmərik. Hətta partiyamız seçkidə iştirakla bağlı qərar versə belə, biz nə ayrılıqda, nə də blokun tərkibində hüquqi baxımdan iştirak edə bilməyəcəyik".

Samir

Digər xəbərlər