PDF Oxu

Müxalifət

  • 1 785

"ACP" lideri müxalifət düşərgəsinə "hücum etdi"

image

Rəsul Quliyev: "Bu siyasətçilər 2003-cü ildən çıxıb getməliydilər"

Uzun illərdir Amerikada mühacirətdə yaşayan eks-spiker, "Açıq Cəmiyyət Partiyası"nın lideri Rəsul Quliyev müxalifətin seçkiərəfəsi durumunu şərh edərək bildirib ki, təmsil olunduğu düşərgənin ötən prezident seçkilərində biabırçı uğursuzluğundan sonra noyabrda keçirilək parlament seçkiləri ərəfəsi istefaların olması gözlənilən idi və 2003-cü ildə istefa verməliydilər: "Bu proseslərə rəhbərlik edən partiya liderlərinin məğlubiyyətdən sonra istefa verib-verməyəcəklərini deyə bilmərəm. Çünki məğlubiyyətə görə istefa vermə ənənəsi yaşasaydı, onlar 2003-cü ildən çıxıb getməliydilər və praktiki olaraq bu gün meydandakı siyasətçilərin heç biri ortalıqda olmamalı idi".

R.Quliyev indiki liderlərlə müəyyən işbirliyi qurmaq perspektivini ağılsızlıq kimi qiymətləndirib: "Onların ideologiyası ilə heç bir yerə gedib çıxmaq mümkün deyil".

Eks-spikerin sözlərinə görə, müxalifətin seçkilərdə məğlubolma səbəbi elə müxalifətin özüdür: "Çünki hər seçkiərəfəsi ölü qurumlar yaratmaqla məşğul olurlar. Heç bir məna kəsb etməyən memorandum yazmağa on günlərlə vaxt sərf edirlər.

Həm Müsavat, həm də ADR eks-spikerin oyununa gələrək, əslində, onun seçkiöncəsi təbliğatını reallaşdırıblar

Partiyanın başqan müavini Elman Fəttah bildirib ki, Rəsul Quliyev ya təlxəklik edir, ya da cizgi filminin qəhrəmanlarından biri olan Rafaellik (Raphael) göstərir: "...Deyə bilərsiniz, o halda səbəb nədir ki, Rəsul kişi anlamsız və anlaqsız, amma sistemli şəkildə 15 min il əvvəl baş vermiş buzlaşmadan üzü bu yana, qlobal istiləşməyə qədər Müsavatı cümlə fəlakətlərin baisi hesab edir? Səbəb bəllidir: şizofreniya. Paranoid şizofrenik xəstə danışarkən cümlədən-cümləyə atlanar, heç bir anlam ifadə etməyən sözləri ard-arda sıralayar. Nəticədə dinləyənlər tərəfindən "söz salatı" kimi dəyərləndirilən bir mətn ortaya çıxar. Paranoid şizofreniklər əksər hallarda tez-tələsik əndərdikləri bu cür "söz salatı"nın ciddi məntiqli çıxış olduğuna tam varlıqları ilə inanarlar. Şizofreniya heç də həmişə neqativ olmur. Pozitiv şizofrenik də var. Özünü dünyanın xoşbəxti sanmaq və ya gündə bir neçə dəfə "qara sevda"ya tutulmaq kimi... Yəni nəzərə alsaq ki, Rəsul kişi özü xaric, külli-aləmin "badbaxtlar"dan ibarət olduğuna bütün varlığı ilə inanır".

Beləliklə, Müsavat rəhəbliyinin Rəsul Quliyevi təhqirlə cavablandırması, ADR rəhbərliyinin isə eks-spikerə qahmar çıxması ADR-Müsavat qarşıdurmasının alovlanmasına da səbəb olub. Ancaq burada qalib çıxan tərəf yenə də Rəsul Quliyev olub. Çünki həm Müsavat, həm də ADR eks-spikerin oyununa gələrək, əslində, onun seçkiöncəsi təbliğatını reallaşdırıblar.

Ü.ƏSGƏROV

Digər xəbərlər