PDF Oxu

Müxalifət

  • 1 742

“Arif Hacılının yarıtmaz rəhbərliyi partiyanı nüfuzdan salıb" AÇIQLAMA

image

"Əslində mənim və tərəfdarlarımın adının Müsavat partiyasının parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısına salınmayacağını əvvəlcədən bilirdik. Çünki Arif Hacılı öz qrup maraqlarını Müsavatın maraqlarından hər zaman üstün tutub". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının keçmiş başqanlığa namizədi, "Ağ blokun" təmsilçisi Tural Abbaslı deyib.Tural Abbaslı qeyd edib ki, Arif Hacılı ancaq özünə yaxın insanların partiya adından namizədliyini irəli sürüb: "İndi isə bu suallara cavab istədikdə Gülağa Aslanlı rəsmi müraciət olunmadığını bəhanə gətirir. Məndə olan məlumata görə namizədlərin 80% nin rəsmi müraciət ərizəsi olmayıb. Bunlar çox kobud və əsassız bəhanələrdir. Adımın seçki siyahısına salınmaması siyasi baxımdan mənim üçün o qədər də əhəmiyyətli deyil. Ona görə ki, Arif Hacılının yarıtmaz rəhbərliyi partiyanı xeyli zəiflədib və nüfuzdan salıb".Tural Abbaslı həmçinin partiyada artıq gənclərin təmsil olunmadığı fikrini də təsdiqləyib. O qeyd edib ki, nəinki namizədlər arasında gənclərin adları yoxdur, ümumiyyətlə partiyada artıq gənclər yoxdur: "Ona görə hələ də gənclər təşkilatını formalaşdıra bilməyiblər".

sia.az

Digər xəbərlər