PDF Oxu

Müxalifət

  • 2 118

Keçmiş AXCP üzvünün Cəmil Həsənliyə yazığı gəlir AÇIQLAMA

image

"O, Əli Kərimlinin saxta oyununun qurbanına çevrilib"

"AXCP-dən istefa verən insanlara satqın deyən Əli Kərimli və komandası dərk etsin ki, partiyadan istefa verənlər sizin kəbinli arvadınız deyil. Hər kəsin azad fikri var. Arxamızca şər-böhtan atmaqdan əl çəkin". Bu fikirləri SİA-ya açıqlamasında AXCP Etimad Qurultayı təşkilat komitəsinin üzvü Ehtiram Mehdiyev deyib.Onun sözlərinə görə, Əli Kərimli təkcə özünü düz adam hesab edir: "Özündən bir də yanında ona qibtə edən iki-üç adamdan başqa hamıya satqın gözü ilə baxır. Bu adam ətrafında olanları yığıb Milli Şura yaratdı ki, guya ölkədə hansısa yenilik edəcək. Halbuki Cəmil Həsənlinin alimliyindən istifadə edib öz maraqlarını həyata keçirməkdən başqa bir işə yaramadı. Cəmil Həsənli də elmi işlərini bir kənara qoyub düşdü bu adamın arxasınca. Görün iş hansı yerə gəlib çıxıb ki, hətta Cəmil bəyin "facebook" səhifəsini də cəbhəçilər idarə edirlər. Onun adından gənclərə təhqiramiz fikirlər yazmaqdan usanmırlar. Amma siz yazmaqda, təhqir etməkdə davam edin əziz Əli Kərimli heyranları. Onsuz da zaman hər şeyə aydınlıq gətirəcək. Görək əsil xəyanətkar, simasızlar sizsiniz,yoxsa biz?"."Cəmil Həsənli alim olsa da, çox heyif ki, Əli Kərimlinin saxta oyununun qurbanına çevrilib", - deyə qeyd edən Ehtiram Mehdiyev bundan böyük narahatçılıq keçirdiklərini dilə gətirib.

sia.az

Digər xəbərlər