"Növbəti hədəf Tural Abbaslıdır"
"Arif Hacılının qrupuna və yaxud da seçki siyahısına düşmək üçün ona biət etmək lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatınn (ADR) sədr müavini Ellada Məmmədli deyib.Ellada Məmmədli qeyd edib ki, Arif Hacılı başqan olduğu dönəmdə gənclərə ümumiyyətlə partiyada yer vermədi: "Hətta Tural Abbaslı başqanlığa namizəd olduğu üçün onu heç Müsavatın məclis üzvlüyünə keçirilən seçkiyə də buraxmadı. İndi hansı demokratik seçki mühitindən danışırlar? Hər kəsə məlumdur ki, Arif Hacılı başqanlığa namizəd olan şəxsləri partiyadan uzaqlaşdırıb. Səxavət Soltanlını və Qubad İbadoğlunu buna misal olaraq göstərə bilərəm. Tural Abbaslı adının seçki siyahısına salınmamasıyla yaxşı qutarıb bunların əlindən. Düşünürəm ki, növbəti hədəf məhz Tural Abbaslıdır".ADR sədrinin müavini son olaraq onu da vurğulayıb ki, Müsavatı Arif Hacılı başqanlığında hələ çox fəlakətlər gözləyir.
\
sia.az