Nərimanov cəbhəçiləri: "Əli Kərimli heç vaxt bizim haqqımızı tanımadı"
İlkin Musazadə: "Əli Kərimli istefa verməsə, AXCP məhv olacaq"
AXCP-nin rayon şöbələrində hökm sürən pərakəndəlik, özbaşınalıq partiya rəhbərliyini çıxılmaz vəziyyətdə qoyub. Onsuz da partiyanı idarə etmək qabiliyyətini itirən Əli Kərimlinin rayon şöbələrinə müdaxilə etmək imkanları da sıfır həddinə enib. Çünki Razi Nurullayevin partiyadan istefa verməsi ilə AXCP sədrinin cəbhəçilər arasında qazandığı dividendlər də tamamilə tükəndi.
Bu dəfə Əli Kərimlinin siyasətinə etiraz edən Nərimavov rayon cəbhəçiləri də kütləvi şəkildə istefa veriblər. AXCP Nərimanov rayon şəbəsinin "Vahid Azərbaycan" dayaq dəstəsinin 9 nəfər üzvü Əli Kərimlinin yürütdüyü siyasətə etiraz olaraq, Razi Nurullayevin sədrlik etdiyi Etimad Qurulayına Hazırlıq üzrə Təşkilat Komitəsinə qoşulduqlarını bəyan ediblər. Nərimanov rayon şöbəsinin sədr müavini Qasımov Şirvani, məclis üzvü Qasımov Nizami, məclis üzvü Qasımov Xətai, Tağıyev Cahangir, Bayramov Əfsun, Məmmədov Samid, Nəbiyev Dilsuz və Quliyev Emin yaydıqları bəyanatda Əli Kərimlinin partiya daxilində yaratdıqları avtoritarizmə, özbaşınalığa etiraz etdiklərini bildirirlər: "Biz AXCP üçün canımızı fəda etdiyimiz, müxalif mövqeyimizə görə işdən qovulduğumuz günlərdə Əli Kərimli bizim hüquqlarımızı müdafiə etmədi. Partiyada ayrıseçkilik mühitinin formalaşması bizi seçim etməyə vadar etdi və biz bundan sonra fəaliyyətimizi Razi Nurullayevin rəhbərliyi altında davam etdirməyə qərar verdik".
Bunun ardınca Əli Kərimliyə qarşı növbəti ittiham AXCP-nin Beyləqan rayon şöbəsindən gəlib. Belə ki, AXCP Beyləqan rayon şöbəsi M.Ə.Rəsulzadə adına dayaq dəstəsinin sədri İlkin Mürsəlzadə Əli Kərimlinin sədri olduğu siyasi təşkilatda qalmaq istəmədiyini bildirib. O, bundan sonra fəaliyyətini Razi Nurullayevin liderliyi altında davam etdirəcəyini və Etimad Qurultayına Hazırllıq üzrə Təşkilat Komitəsinə dəstək verdiyini bəyan edib. İ.Musazadə bildirib ki, Əli Kərimli AXCP-dən istefa verməlidir və o, bu addımı atmayana qədər cəbhə dağılıb məhv olacaq.
Samir