Lakin bu, heç bir nəticə verməyəcək
Dövlətə, xalqa xəyanət yolu tutmuş və kimliyindən asılı olmayaraq hər bir kəs öz layiqli cəzasını almalıdır. Satqın, ermənipərəst siması olan Leyla və Arif öz layiq olduqları cəzalarını aldılar - Leyla Yunus 8 il 6 ay, Arif Yunus 7 il. Leyla və Arif Yunuslar öz anti-milli və cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayır və tam qanunauyğun şəkildə cəzalandırılıblar. Necə deyərlər , cinayət cəzasız qalmır.
Ancaq cəzasını alan, xarici maraqlı qüvvələrin təsiri altında olan və fəaliyyətinə "demokratiya" donu geyindirməklə özünü "hüquq müdafiəçisi" adlandıran Leyla Yunus yenə də beynəlxalq təşkilatlara müraciət etməklə satqınlıq simvolu olduğunu bir daha sübuta yetirməkdədir. Doğurdan da başqa gözlənti də yox idi. O mənada yox idi ki, hər iki şəxs ermənipərəst mövqeyini heç bir zaman gizlətməyib. Əksinə, bu mövqeni əməlləri ilə hər zaman açıq şəkildə qabardıblar, öz millətinə, dövlətinə qarşı apardıqları destruktiv, cinayətkar fəaliyyətlə həyasızcasına fəxr ediblər. Belə olan halda isə, heç şübhəsiz, dövlət və hüquq-mühafizə orqanları öz tədbirini görməli idi və gördü də. Çünki Azərbaycan dövləti Leyla Yunus və onun kimilərin arzuladığı formatda deyil. Çünki Cinayət Məcəlləsinin maddələrini ayaq altına alması, dövlət maraqlarını da öz şəxsi maraqları kontekstində görməsi qəbuledilməzdir, mümkünsüzdür! Leyla Yunus və Arif Yunus hüquq müdafiəçisi adı altında maskalanmış, eyni zamanda, cəmiyyət və dövlət üçün son dərəcə təhlükəli olan biriləri olduğu üçün onlardan hər şey gözləmək olar. Həyasızlığı ilə daima özünü gündəmdə saxlayan, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı subuta yetirilərək həbs olunan Leyla Yunus və əri Arif Yunusun xəyanətləri, korrupsiya əməliyyatları, mənimsədikləri küllü miqdarda vəsaitlər barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Azərbaycan xalqına yuxarıdan aşağı baxan, bu dildə yalnız söyüş söyən, şərəfini, ləyaqətini maddiyyətə satan, ermənilərlə iş birliyini gizlətməyən Leylanın Vətənə xəyanət əməlləri rəsmən subut olunub. Təpədən-dırnağadək daşnak ruhuna xas Vətən xaini olduğunu sübut edən dəlillərdən yayınmağa çalışsa da fakt faktlığında qalır. Bu insanlar öz günahlarını və cinayətlərini ört-basdır etsələr və beynəlxalq təşkilatlar müraciət etsələr də, bu, heç bir nəticə verməyəcək. Çünki artıq onlar ana dilimizdə yazılmış Azərbaycanın müqəddəs qanunları qarşısında layiq olduqları cəzanı aldılar.
Onlar aldıqları qrantların müqabilində Azərbaycanı tənqid etməyi qarşılarına əsas məqsədlərdən biri kimi qoyublar
Sözsüz, artıq Azərbaycanda hər kəs, hətta siyasi proseslərdən bixəbər sadə vətəndaşlar belə, Leyla Yunusun, eləcə də onun həyat yoldaşı Arif Yunusun kim olduğunu, nəyə və kimlərə xidmət etdiklərini çox gözəl bilir. Yəni hamıya bəllidir ki, Leyla Yunus mütəmadi olaraq beynəlxalq təşkilatlara ölkəmizdə demokratiyanın, insan haqlarının pozulması, demokratik fikirli şəxslərin əsassız olaraq həbslərə məruz qalması, dövlət orqanlarında süründürməçilik hallarının artması, hüquq sisteminin işləməməsi barədə çıxışlar edib və bütün bunlarla bağlı beynəlxalq qurumlara əsassız, yalan və uydurma xarakterli hesabatlar göndərib. Bir sözlə, adi bir oğrunu da siyasi məhbus adı ilə Avropaya təqdim edib qrant alan Leyla Yunus puldan ötrü Azərbaycanı satıb, ölkənin milli maraqlarına ciddi zərbə endirib. Çünki satqınlıq simvolu öz maraqlarının təmin olunması üçün hər cür vasitəyə əl atmağa qadir birisidir. Yəni onun üçün milli-mənəvi dəyərlər, ölkənin maraqları deyilən bir anlayış yoxdur. Leyla Yunus Azərbaycanın inkişafını, ölkəmizin gündən-günə qüdrətlənməsini gözü götürməyən bir sıra ölkələrin, əsasən də erməni lobbisinin maraqlarına xidmət etdiyindən o, həmin qüvvələr üçün xüsusi önəm daşıyır. Məhz elə bu səbəbdən də onlar nə yolla olursa-olsun, Leyla Yunusun azadlığa çıxmasına çalışırlar. Lakin bu, heç bir nəticə verməyəcək. Çünki Leyla Yunus və həyat yoldaşı Arif Yunus uzun müddət Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər. Azərbaycan xalqına yuxarıdan aşağı baxdığını, bu dildə yalnız söyüş söydüyünü, şərəfini, ləyaqətini satan, ermənilərlə iş birliyini gizlətməyən Leyla Yunus bu gün ittiham olunduğu vətənə xəyanət statusunu çoxdan etiraf edib. Odur ki, bu gün o və əri etdikləri xəyanətlərinin cəzasını çəkməlidirlər.
Rəfiqə HÜSEYNOVA