PDF Oxu

Müxalifət

  • 1 540

REAL hərəkatı düşərgədaşlarına xəbərdarlıq etdi

image

Erkin Qədirli: "Güzəştə gedilməyəcək!"

Müxalifət düşərgəsinin seçkiöncəsi problemlərindən biri də seçkilərdə birinin-digərinə güzəştə getmək məsələsidir ki, hazırkı zamana qədər bu barədə şərtlər, razılaşmalar qəbul edilsə də, sonradan qarşı tərəflər öz vədlərinə sadiq qalmırlar. Biz bu faktoru daha öncəki parlament seçkilərində də dəfələrlə müşahidə etmişik.

Həmin vaxt belə anlaşılmışdı ki...

Məsələn, seçkilərdə iştirak edəcəyini bəyan etmiş REAL hərəkatının idarə heyətinin üzvü Erkin Qədirli bir müddət öncə Müsavat partiyasilə seçkilərlə bağlı ilkin razılaşma əldə edildiyini desə də, bu gün biz tamamilə əksini görməkdəyik. Məsələdən daha səhih xəbərdar olmaq üçün xatırlatmaq yerinə düşərdi ki, REAL rəsmisi Müsavat partiyasının aparıcı funksionerləri ilə görüş keçirərək seçki barədə müzakirələr aparıldığını, Müsavatın, yaxud da başqa bir müxalifət partiyasının daha şanslı və namizədinin olacağı halda, ona güzəştə gedəcəyini bildirmişdi. Beləliklə, həmin vaxt belə anlaşılmışdı ki, siyasi qurumlar arasında ilkin razılaşma əldə olunub və bu dəfə seçkilərdə dəstəkləmə kampaniyası olacaq. Ancaq oldumu, ya da olacaqmı?

REAL-ın ani imtina bəyanatı vəziyyətin böhranlı olmasını növbəti dəfə sübuta yetirib

Ancaq sonradan bəlli oldu ki, REAL heç də bu fikirdə deyil. Yəni daha öncə əldə edilmiş razılaşmaya əməl olunmayacaq. Çünki Qədirli son fikirlərini mətbuata çatdırarkən REAL hərəkatının heç kimə güzəştə getmək barədə qərar vermədiyini vurğulayıb. Bu isə onun daha öncəki vədləri ilə üst-üstə düşməyən məsələdir. Xüsusilə, Müsavat partiyasının hazırladığı siyahı ictimai rəyə təqdim edildikdən sonra REAL-ın ani imtina bəyanatı vəziyyətin böhranlı olmasını növbəti dəfə sübuta yetirib. Sitat: "Biz hazırladığımız siyahı əsasında seçkilərdə iştirak edirik, hazırda da namizədlərimizin müəyyən olunmasının son mərhələsindəyik. Bildiyimiz kimi, seçki 3 mərhələdən ibarətdir: Namizədlərin müəyyən olunması, təbliğat və iştirak. Hələ ki, biz ilk mərhələdəyik, sonrakı mərhələlərdə isə nələrin olacağını, rəqiblərimizin necə çıxış edəcəyini zaman göstərəcək. Bu mərhələlər keçildikdən sonra biz hansısa dairədə kiməsə güzəşt məsələsini müzakirə edə bilərik. Hazırkı məqamda isə heç kimə güzəşt etməyi planlaşdırmırıq."

Müxalifətin bu şansı da tükənib

Göründüyü kimi, müxalifətin köhnə ab-hava prosesindən çıxa bilməməsi vəziyyətin dəyişilməz olduğuna dəlalətdir. Biz burada yalnız REAL-Müsavat "əməkdaşlığını" deyil, ADP-"Ümid", həmçnin "Azadlıq-2015" seçki blokundakı partiyaların da bənzər mövqelərini göstərə bilərik. Bu isə parlament seçkilərinin müxalifət üçün şans olmadığını təsdiq edən reallıqdır. Yəni müxalifətin bu şansı da tükənib. Xüsusilə, REAL rəhbərliyinin bu reallıqdan çıxış etməsi, kimsəyə güzəştə getməyəcəyini bəyan etməsi, digər partiyaların da bənzər addım atacaqlarının şübhəsizliyi deyilənləri təsdiq edir.

Rövşən RƏSULOV

Digər xəbərlər