PDF Oxu

Müxalifət

  • 2 830

Səxavət Əlisoy: "Müsavat artıq parçalanıb" Münasibət

image

"Müsavat partiyası artıq parçalanmış vəziyyətdədir". Bu sözləri SİA-ya açıqlamasında keçmiş müsavatçı Səxavət Əlisoy deyib. Onun sözlərinə görə, partiyanı tərk edənlərin sayı daha da artacaq: "Müsavat partiyası artıq parçalanıb və partiya nümayəndələri partiyanı tərk edirlər. Bundan sonra oradakı namizədlərin namizədlik üstündə və ya məclis üstündə mübarizəsi narazıların sayını daha artıracaq. Narazı olanlar da partiyanı tərk edəcəklər".S.Əlisoy söyləyib ki, partiya üzvlərinin namizədliyini Müsavat və ya başqa bir partiya adından verməsinin heç bir fərqi yoxdur: "Seçkilərə namizədlik siyahı şəklində daxil olur. Ona görə də, burada hansı partiyanın adından seçkilərdə iştirak etməyin fərqi yoxdur. Hər bir insan partiyadan kənar namizədliyini verə bilər. Sadəcə Arif Hacılının niyyəti ortalıqdadır. Əslində bu partiyada müsavatçıların söz və hərəkat azadlığına əngəl yaradılır. Buna görə də, zaman-zaman Müsavat partiyasında anlaşılmazlıq artacaq. Artıq parlament seçkilərindən sonra Arif Hacılı partiyanı nə hala gətirdiyini başa düşəcək".

sia.az

Digər xəbərlər