"Parlament seçkilərindən öncə də radikal müxalifət partiyaları bir-birinə qarşı amansız mübarizə aparırdılar. Lakin seçki öncəsi bu özünü daha qabarıq şəkildə biruzə verir". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasınn (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.BAXCP rəsmisi qeyd edib ki, xüsusən 2013-cü il prezident seçkilərindəki məğlubiyyətdən sonra bu mübarizə artıq pataloji nifrət səviyyəsinə çatıb: "AXCP ilə Müsavat partiyası arasında münasibətlər düşmənçilik səviyyəsindədir. Qarşıdurma o həddə çatıb ki, özlərinin mətbuatında, sosial şəbəkələrdə təhqirlər yağdırmaqdan belə çəkinmirlər. Bir sözlə radikal siyasi düşərgə artıq tükənib. Əli Kərimlinin ətarfında bir normal adam qalmayıb ki, deputatlığa namizədliyini irəli sürə bilsin. Hər kəs ondan imtina edib. Müsavat partiyası da son qurultayından sonra bir neçə hissəyə parçalanıb. 125 dairəyə cəmi 30 namizəd irəli sürə bilib. Bu fakt bir daha onu göstərir ki, Müsavat hazırda hansı durumdadır. Bütün bunları nəzərə alaraq onu deyə bilərəm ki, bu seçkidə də radikal müxalifət hər hansı bir uğur qazana bilməyəcək".
sia.az