Ona qarşı istənilən hökm qorxu yaradıb
Ölkə qanunlarını pozan və bunun qarşılığında ölkə qanunvericiliyinə əsasən məsuliyyəti müəyyənləşdirilən Xədicə İsmayılın artıq bir neçə müddətdir ki, məhkəməsi gedir və hər məhkəmə zamanı da o öz ətrafında süni ajiotaj yaratmaq və təxribatçılıq cəhdləri etmək istəyir, ancaq heç bir nətəcə əldə edə bilmir. Doğrudur, Xədicə İsmayıl sonuncu məhkəmə zamanı boş yerə səs-küy qaldırmaqla xarici səfirliklərin, bir sıra qərəzli təşkilatların diqqətini özünə tərəf yönəltməyə çalışsa da, sonda əli boşa çıxır. Vəziyyətin belə alınacağını görən Xədicə İsmayıl növbəti məhkəmə zamanı vaxt istəyib. Bu yerdə sual etmək istərdik: "Ötən məhkəmə zamanı Xədicə İsmayıl, "qəhrəmanlıq simvolu" düzəltməyə çalışırdın və bildirirdin ki, guya "heç nədən qorxmursan, nə qədər iş verirlər, versinlər. İndi 15 il, lap 25 il həbslə də sınan deyiləm. Mənim şəxsi həyatıma heç kim soxula bilməz". Bu gün nə oldu ki, diz çöküb zaman istəyirsən, bu, nə təlaşdır keçirisən? Atalarda belə bir misal var: "itdən soruşurluar ki, niyə hürürsən? Deyir ki qorxuram. Soruşurlar ki, bəs niyə quyruğunu bulayırsan? Deyir qorxuram". Belə olan halda, Xədicə İsmayıl bilməlisən ki, törətdiyin qanunsuz əməllərinə, satqınlığına, əxlaqsızlığına görə cəzanı çəkməlisən, daha boş-boş "guruldamamalısan". Əslində, Xədicə İsmayıl kimilərdən nə istəsən gözləmək olar. Çünki mayası şəxsiyyətsizliklə, satqınlıqla yoğrulub və satqınlar, korrupsionerlərin hərəsi bir tərəfə toplaşıb. Bu mənada Xədicə İsmayılı Leyla Yunusla birləşdirən anlam onların, sadəcə olaraq satqınlıqları ilə bağlıdır və satqınlıq müqabilində də maliyyə əldə edirlər. Mənəviyyatı itirilmiş bu insanlar mayası satqınlıq, şəxsiyyətsizliklə yoğrulduğu üçün bağışlanmaz cinayətlər sırasında öndə gəlir. Bu gün Xədicə İsmayıl ona görə təlaş içərisindədir ki, ona oxunan hökmdən sonra xarici kəşfiyyat mərkəzləri ilə əlaqələri kəsiləcək. Həmçinin, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma kimi əməllərini həyata keçirə bilməyəcək.
"Azadlıq" qəzeti, eləcə də "Azadlıq" Radiosu onun cinayətlərini ört-basdır edə bilməz
Ancaq görünür, nə Xədicə İsmayıl, nə də "Azadlıq" Radiosunun əməkdaşları bunu anlamayıblar. Anlasaydılar, məhkəmə prosesində səs-küy salmazdılar. Söz yox ki, Xədicə İsmayıl bu vasitə ilə bir daha sübut edib ki, bu gün onun xəyanətkarlıq əməllərini və digər cinayətlərini məhz "Azadlıq" qəzeti, eləcə də "Azadlıq" Radiosu ört-basdır edir. Ölkənin digər mətbu orqanları isə əsl reallığı yazaraq, onun cinayətlərinin gerçək sifətlərini ictimai rəyin nəzərinə çatdırır. "Azadlıq" qəzeti və "Azadlıq" Radiosu isə daim Azərbaycan əleyhinə işləyən qüvvələrlə iş birliyində olduqları üçün, həmçinin, erməni dəyirmanına su tökdüyü üçün Xədicə İsmayıl üçün bu qədər önəmli olub. Söz yox ki, onun məhkəməsində bir sıra səfirlik əməkdaşlarının da olmasını fürsət bilən Xədicə İsmayıl onların qarşısında guya "əzabkeş müxalifətçi" rolunu oynamağa çalışıb. Hətta qanun pozuntusu qarşılığında ona müəyyən edilən məsuliyyəti belə "demokratiya ağalarına" xidmət üçün əsirgəmir. Beləsinə nə demək olar? Bunların demokratiya anlayışının sərhədlərinin bu qədər dar olması insanda təəccüb yaradır.
Törədilən hər bir əməlin məsuliyyəti mövcuddur və demokratik, qanunun aliliyinin təmin olunduğu Azərbaycanda kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Ona görə də yaxşı olardı ki, özü tərəfindən tapdanmış mənəviyyatı və ləyaqəti haqqında düşünsün. Çünki belə yola "müqəddəs" deməyin özü də cinəyətdir, MƏNƏVİ CİNAYƏT!
R.HÜSEYNOVA