PDF Oxu

Müxalifət

  • 2 095

Xədicə İsmayılı müdafiə edənlərin bəyanatları "kopirovat" olunmuş mətnlərdir

image

"Azərbaycan cinayətkarı öz qanunları ilə ittiham edib və heç kimin qanunları ilə də hərəkət edəsi deyilik"

Xədicə İsmayılın məhkəməsi başa çatdı və ona 7 il 6 ay həbs cəzası verildi. Bunun ardınca da bir sıra təşkilatların ölkəmizə qarşı gözlənilən təzyiqləri başladı, qərəzli bəyanatlar səsləndirildi. Bunlar hansı təşkilatlar idi? Siyahıya diqqət yetirək: ABŞ Dövlət Departamenti, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton, Avropa Şurasının baş katibi Torbyorn Yaqland, Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur, Azadlıq və Azad Avropa Radioları Korporasiyasının baş redaktoru Nenad Pejic, Human Rights Wathc təşkilatı, ATƏT-in media azadlığı üzrə komissarı Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks, "Sərhədsiz reportyorlar" təşkilatı, "Freedom House" təşkilatının prezidenti Mark Laqon, ATƏT Parlament Assambleyasının demokratiya və insan haqları bürosunun rəhbəri İzabel Santos, Beynəlxalq təşkilatların "Hüquqlar naminə idman" koalisiyası.

Maraqlısı, lakin təəccüb doğurmayanı odur ki, bütün bu təşkilatların Xədicə İsmayılın həbsi ilə bağlı verdikləri bəyanatların hamısı eyni mətndir, eyni fikirlərdir. Hətta əksəriyyəti "kopirovat" olunmuş mətnlərdir. Biz -zaman-zaman bu təşkilatların Azərbyacana qarşı tutduqları qərəzli mövqelərinin, ermənipərəstliyinin şahidi olmuşuq. Yəni bu təşkilatların adını ilk dəfə eşitmirik və onlardan fərqli olaraq biz təəssüf hissi də keçirmirik. Adını yazdığımız bu təşkilatlar bir neçə gün öncə ABŞ-da qətlə yetirilən jurnalistlərlə bağlı bəyanat verdilərmi? Əlbəttə ki, xeyr! Lakin qıcıqlandırıcı məqam ABŞ Dövlət Departamentinin növbəti həyasızlığı oldu. Dövlət Departamentinin bəyanatı daha çox oğrunun doğrunu ittiham etməsini xatırladır. Hesab edirəm ki, Dövlət Departamentinin bu addımları cavabsız qalmamalıdır. Biz nə etməliyik? Ən azından ABŞ-da öldürülən jurnalistlərlə bağlı bir bəyanat verək və ABŞ-ı qınayaq. O zaman bu bəyanata ABŞ dövlətinin verəcəyi cavabı nəzərdən keçirək. Dövlət Departamentinin ilk cümləsi "bu bədbəxt hadisədən təəssüf hissi keçirərək qeyd edirik ki, hadisə məişət zəminində baş verib və ABŞ-ın daxili işidir" formasında olacaq. Amma edə bilərik bunu, bu cavabı verməliyik.

Məsələ ilə bağlı "SƏS" qəzetinə açıqlama verən millət vəkili Astan Şahverdiyev bildirib ki, biz belə təşkilatların hücumlarına qarşı gözləmə mövqeyi tutmamalıyıq: "Bu, bizim haqq işimizdir və heç kim daxili işlərimizə müdaxilə edə bilməz. Xədicə kimilər onların maraqlarına xidmət etdiyi üçün onlar belə dəridən-qabıqdan çıxırlar. Ancaq hamısı cəfəng ittihamlardır, Azərbaycan cinayətkarı öz qanunları ilə ittiham edib və heç kimin qanunları ilə də hərəkət edəsi deyilik".

Samir

Digər xəbərlər