PDF Oxu

Müxalifət

  • 1 833

"REAL" "Ədalət"lə üz-üzə gəldi

image

Əlayif Həsənovun namizədliyi hər iki qurumu düşmən edib

Müxalifət düşərgəsində növbəti əcaib olay yaşanıb. Bir namizədin üzvlüyünün iki partiyadan irəli sürüldüyünə rast gəlinib. Belə ki, hüquqşünas Əlayif Həsənov həm Respublikaçı Alternativ Hərəkatı (REAL), həm də "Ədalət" partiyasının 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Məsələyə münasibət bildirən "REAL" hərəkatın icra katibi Natiq Cəfərli sosial şəbəkələrdə yazdığı statusda bildirib ki, Əlayif Həsənov onların hərəkatından namizəd olacaq: "Əlayif bəyin özü tərəfindən bir necə dəfə təklif olub ki, "REAL"-dan namizəd olsun. Biz də etiraz etməmişik. Sadəcə, Əlayif bəy həmin dairənin idarə-seçki komissiyasının üzvüdür. Qanunvericliyə görə namizəd üzv ola bilməz. O da bizə bildirdi ki, ərizə ilə müraciət edib. Onlardan ərizənin müsbət cavabını aldıqdan sonra bizə bildirəcək. Əlayif bəy çoxdan tanıdığımız, dəyər verdiyimiz bir şəxsdir. Bəzi işlərimizdə vəkil kimi də iştirak edib. Ona görə də onun namizədliyini elan etdik. Bu, özünün şəxsi razılığı ilə olub. Biz özümüzdən siyahıya adam salmamışıq. Özü ilə danışdıqdan sonra adı siyahıya salınıb. Hər şey namizədin öz seçimindən asılı olacaq. Amma biz onunla bu gün səhər saat 10:00-da danışmışıq. O da özünün son qərarını bizə açıqlayıb".

N.Cəfərlinin bu açıqlamasına "Ədalət" partiyasında cavab çox da gecikməyib. Partiyanın sədr müavini Mütəllim Rəhimli də Əlayif Həsənovun onların partiyasından namizəd olacağını deyib: "Mən şəxsən Əlayif bəyin özü ilə danışmışam. O, deyilənləri təkzib edir. Əlayif bəy bu informasiyanın həqiqətə uyğun olmadığını deyir. O, "Ədalət" partiyasından namizəd olacaq. Ümumiyyətlə, "REAL" ilə bağlı məsələlər müzakirə olunmayıb. Ola bilər ki, hərəkatda hansısa anlaşılmazlıqlar olub. Mən belə dəyərləndirirəm. Əlayif bəyin adı "Ədalət" Partiyasının siyahısında olacaq".

Məsələ ilə bağlı, hələlik mətbuata heç bir açıqlama verməyən Əlayif Həsənovun bunu hansı məqsədlə etdiyi bəlli olmasa da, ancaq görünən budur ki, "REAL" və "Ədalət" arasındakı soyuqluq bundan sonra daha şiddətli hal alacaq. Yəni müxalifət düşərgəsində daha bir "müharibə ocağı" qalanır.

Samir

Digər xəbərlər