Növbəti iki cəbhəçi funksioner bəyanat yayıb, Razi Nurullayevin təşkilatına üzv oldular
AXCP-dən istefalar davam edir. Partiya sədri Əli Kərimlinin təşkilat daxilində yaratdığı diktatura rejimi və avtoritar idarəçilik sisteminə etiraz əlaməti olaraq, növbəti istefaverənlər sırasına iki cəbhəçi qoşulub. Onlar AXCP Nərimanov rayon şöbəsinin məclis üzvü, dayaq dəstəsinin sədri Ələkbər Səfərov və Nərimanov rayon şöbəsinin üzvü Zaur Sadıqovdur. Hər iki cəbhəçi yaydıqları bəyanatda bildiriblər ki, onlar bundan sonra siyasi fəaliyyətlərini Razi Nurullayevin sədrlik etdiyi Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsində davam etdirəcəklər.
Bu addımların arxasında Əli Kərimlinin Qərbin qaranlıq siyasi dairələri qarşısında götürdüyü xəyanətkar öhdəçilikləri dayanır
Qeyd edək ki, bu kimi istefalar artıq davamlı xarakter almaqla yanaşı, gedənlərin bir çoxu vaxtilə sədr Əli Kərimliyə yaxınlıqları ilə seçilənlərdən olublar. Partiyadakı proseslərə nəzarət edən bu şəxslərin Razi Nurullayevin ətrafında cəmləşmələrinə daha bir səbəb isə Əli Kərimlinin AXCP-nin nizamnaməsinə zidd olan qərarlar qəbul etməsi, partiyada qruplaşmalar yaratması, həmçinin, ən yaxın adamlarının digər cəbhəçilərə qarşı sərt davranması amilləridir. Eyni zamanda, Əli Kərimlinin ölkədə keçiriləcək parlament seçkilərinin boykot olunması barədə verdiyi qərar da istefa verən cəbhəçilərin səsləndirdikləri etirazları daxilindədir. Onlar bildirirlər ki, ölkədə mövcud olan normal və demokratik ictimai-siyasi mühitdə seçkiləri boykot etməyin özü sabitliyi pozmağa yönəlmiş qərəzli addımdır və bu addımların arxasında Əli Kərimlinin Qərbin qaranlıq siyasi dairələri qarşısında götürdüyü xəyanətkar öhdəçilikləri dayanır.
Əsas və real AXCP kimi Razi Nurullayevin təşkilatına dəstək veriləcək
Beləliklə, istefa bəyanatlarında Əli Kərimlinin partiya daxilində yaratdığı özbaşınalığa, yürütdüyü ədalətsiz siyasətə etiraz etdikləri üçün bu addımı atdıqlarını bildirən AXCP Nərimanov rayon şöbəsinin məclis üzvü, dayaq dəstəsinin sədri Ələkbər Səfərov və Nərimanov rayon şöbəsinin üzvü Zaur Sadıqov bundan sonra real AXCP kimi Əli Kərimlinin sədri olduğu partiyanı deyil, yaxın zamanlarda təsis ediləcək və sədri Razi Nurullayev olacaq AXCP-ni tanıyacaqlarını vurğulayıblar.
Bu isə həm də belə bir nəticəyə gəlməyə əsas verir ki, hazırkı günə qədər istefaya gedənlərin məhz Razi Nurullayevin ətrafına toplaşmaları onların müxalifət düşərgəsində Əli Kərimlinin AXCP-sindən fərqli olaraq, ciddi siyasi qurum yaratmaq istəklərindən irəli gəlir.
İstefalara daha bir səbəb kimi Əli Kərimlinin lideri Əbülfəz Elçibəyə qarşı etdiyi saysız-hesabsız xəyanərləri göstərilir
İstefa verənlər istisna etmirlər ki, yaxın günlərdə Əli Kərimlinin ətrafından daha bir neçə qopmalar olacaq ki, bundan sonra AXCP-nin partiya kimi fəaliyyəti tamamilə iflic duruma düşəcək. Kərimlinin uzağı beş-altı nəfər yaxını ilə partiyanı ayaqda saxlaya bilməyəcəyini deyən istefaçılar iddia edirlər ki, onlar yeni AXCP-ni təsis və bərpa etdikdən sonra AXC-nin mərhim lideri Elçibəyə sadiq olanları öz ətraflarına toplayacaqlar. Əli Kərimli və ətrafına olanlar isə hətta müraciət etsələr belə rədd cavablı veriləcək. Buna səbəb kimi isə Kərimlinin uzun illər liderinə qarşı xəyanətlər etməsi, partiyanı ələ keçirməsi və orada avtoritar rejim qurması göstərilir.
Rövşən RƏSULOV