Tural Abbaslı: "23 ildir davam etdirilən mənasız müxalifətdaxili çəkişmələrin bir parçası olmaq istəmirəm"
"Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının əksəriyyətində uzun zamandır dəyişiklik olmur. Ona görə də, istənilən müsbət və yaxud da mənfi dəyişikliyə aqressiv münasibət bəslənilir". Bu fikirləri SİA-ya "Ağ blok"un təmsilçisi Tural Abbaslı son günlərdə sosial şəbəkələrdə ona qarşı edilən hücumlara münasibətini bildirərkən deyib.Tural Abbaslı qeyd edib ki, bu cür münasibətlər siyasi cəhətdən özünümüdafiə instinktindən irəli gəlir: "Hesab edirəm ki, bu rəqabətin deyil, siyasi qısqanclığın tərkib hissəsidir. AXCP üzvləri, müsavatçılar mənə qarşı qara piar kampaniyası aparsalar da mən öz mübarizəmi davam etdirəcəm. Bizə hansısa siyasi fiqurların və təşkilatların deyil, xalqın münasibəti maraqlıdır. 23 ildir açıq və gizli şəkildə davam etdirilən mənasız müxalifətdaxili çəkişmələrin parçası olmaq istəmirik. Kim nə istəyir desin, nə istəyir yazsın bunun heç bir əhəmiyyəti yoxdur. Hər kəsin siması zamanla üzə çıxacaq. Həqiqət bir olur və kimin doğru olduğunu isə zaman göstərəcək. Hazırkı məqamda hədəfim siyasi dedi-qodu etmək deyil, doğru işlər görməkdir".
sia.az